PSV-nin baş məşqçi problemi yoluna qoyulub.
"Football-plus.az" xəbər verir ki, vakant vəzifəyə Peter Bos təyinat alıb.
59 yaşlı mütəxəssis rəhbərlikdən lazımi dəstəyi almadığı üçün istefaya gedən Ruud van Nistelroya xələf olub. Əvvəllər “Ayaks”, “Borussiya” (Dortmund) və “Bayer-04”ü çalışdıran Bosun sonuncu iş yeri “Lion” olub. Bu klubdan 2022-ci ilin oktyabrında istefaya göndərilən məşqçinin PSV ilə bağladığı müqavilənin müddəti 3 illiyə nəzərdə tutulub.
Xatırladaq ki, komanda son mövsümdə Niderland çempionatında 2-ci yeri tutub, ölkə kubokunu və superkuboku qazanıb.