"Football-plus.az" xəbər verir ki, “Krılya Sovetov” Yekaterinburqdan qələbə ilə döndüsə, “Krasnodar” “qol yağışı”na səhnə olan matçda səfərdə “Nijni Novqorod”dan üstün oldu. Halbuki “Nijni Novqorod” 1-ci turda “Zenit”ə boyun əyəndən sonra evdə heç kimə uduzmamışdı. Bu, həm də mövsümün ən məhsuldar oyunu oldu. Premyer-liqada sonuncu dəfə 7 qollu matça ötən ilin aprelində, özü də yenə “Krasnodar”ın oyununda təsadüf olunmuşdu (Spartak – Krasnodar 4:3). Murad Musayevin komandası bu qələbə ilə birgünlüyə də olsa, liderliyə yüksəldi. Autsayder “Soçi”nin oyununda isə ardıcıl 3-cü tur 2:2 hesabı qeydə alındı.
Bazar günü nəhənglər üçün uğurlu alındı. “Fakel”in qapısından 4 top keçirən ÇSKA bu mövsüm 2-ci dəfə böyükhesablı qələbəyə sevindi. “Hərbçilər” Vladimir Fedotovun dönəmində premyer-liqada 26 ev oyununun yalnız ikisində uduzub. “Axmat”ı səfərdə 2 cavabsız qolla yenən “Lokomotiv” çempionat çərçivəsində Qroznıdakı məğlubiyyətsiz seriyanı 8 oyuna çatdırdı. Maraqlıdı ki, “Loko” bu mövsüm ilk dəfə penaltidən qol vurdu. İndi penaltidən qol vurmayan cəmi bir komanda – “Baltika” qaldı. “Baltika”dan söz düşmüşkən, autsayderlər sırasında olan bu komandanın Sankt-Peterburqda pərən-pərən düşəcəyi gözlənilsə də, belə olmadı. Düzdü, Sergey İqnaşeviçin kollektivinin sürprizə gücü çatmadı. Yeni transfer Pedro ardıcıl 2-ci rəsmi matçda “Zenit”ə qələbə qazandırmaqla piterliləri zirvədə saxladı. 18 yaşlı braziliyalı vinger ötən həftəiçi kubokda “Spartak”la oyunda (2:1) da dubl etmişdi. “Baltika”nın premyer-liqada səfərdə qolsuz seriyası 6, qələbəsiz seriyası 22 oyuna yüksəldi! “Zenit” isə Semakın dönəmində öz meydanında debütantlara qarşı keçirdiyi 13-cü oyunda 13-cü qələbəsini qazandı. Turun mərkəzi oyununa “Dinamo”nun qapıçısı Leşukun səhvləri damğa vurdu. Derbidə “Dinamo” fasiləyə öndə yollansa da, son 15 dəqiqədə Leşuk iki dəfə o qədər də qüvvətli olmayan zərbədən sonra topu əlində saxlaya bilmədi. Hər iki halda özünü yetirən Sobolev həm “Spartak”ın qolsuz seriyasına son qoydu, həm də komandasına qış fasiləsindən bəri ilk qələbəni qazandırdı. Amma bu qələbəyə baxmayaraq, baş məşqçi Gilyermo Abaskalın önümüzdəki həftə qovulacağı gözlənilir.
23-cü tur
Zenit – Baltika 1:0
Pedro, 42.
Zenit: Kerjakov, Karavayev, Yerakoviç, Nino, Alip (Rodriqao, 74), Vendel, Barrios, Klaudinyo (Vasilyev, 87), Artur (Mostovoy, 60), Pedro (İzidor, 74), Kassyerra (Sergeyev, 87).
Nijni Novqorod – Krasnodar 3:4
Kalinski, 34. Troşeçkin, 40. Kuxarçuk, 87 – Qluşenkov, 8. Kordoba, 13; 71. Spertsyan, 79.
Krasnodar: Safonov, Volkov (Ektov, 82), Tormena, Alonso, Olasa, Kadi (Sa, 62), Çernikov, Krivtsov (Kastanyo, 65), Kordoba, Batçi (Olusequn, 62), Spertsyan (Banyats, 82).
Dinamo Spartak 1:2
Çaves, 5-p. Sobolev, 74; 87.
Spartak: Maksimenko, Zobnin (Klassen, 64), Duarte, Babiç, Xluseviç, Prutsev, Umyarov (Litvinov, 64), Medina (Bonqonda, 64), Zinkovski (Çernov, 90+1), Uqalde (İqnatov, 64), Sobolev.
ÇSKA – Fakel 4:1
Musayev, 36. Oblyakov, 60. Feyzullayev, 75. Çalov, 90 – Çernov, 90+4.
ÇSKA: Akinfeyev, Qayiç, Diveyev, Roşa, Moyzes, Aqapov (Kellven, 79), Zdelar, Oblyakov (Qlebov, 89), Davila (Çalov, 79), Fayzullayev (Mendes, 85), Musayev (Zabolotnı, 79).
Axmat – Lokomotiv 0:2
Mirançuk, 21-p. Pinyaev, 58.
Lokomotiv: Lantratov, Nenaxov, Morozov, Fasson, Silyanov, Barinov (Mitay, 80), Karpukas, Pinyaev, Samoşnikov (Jemaletdinov, 70), Mirançuk, Süleymanov (Sarveli, 75).
Rostov – Soçi 2:2
Qolenkov, 1. Ronaldo, 45+4 – Kravtsov, 6. Quarirapa, 35.
Ural – Krılya Sovetov 1:2
Kaştanov, 41-p. – Rahmanoviç, 16; 79.
Orenburq – Rubin 3:0
Vorobyov, 58. Xotulev, 88. Marin, 89.
1. Zenit 22 13 5 4 41-19 44
2. Krasnodar 22 12 7 3 35-21 43
3. Dinamo 22 10 8 4 35-29 38
4. ÇSKA 22 9 9 4 40-28 36
5. Lokomotiv 22 9 9 4 35-28 36
6. Spartak 22 10 5 7 29-27 35
7. Krılya Sovetov 22 9 6 7 39-33 33
8. Rubin 22 9 5 8 20-27 32
9. Rostov 22 8 7 7 34-33 31
10. Nijni Novqorod 22 8 4 10 20-23 28
11. Fakel 22 6 8 8 19-24 26
12. Orenburq 22 5 8 9 24-29 23
13. Axmat 22 5 5 12 20-29 20
14. Ural 22 5 5 12 20-35 20
15. Baltika 22 4 5 13 14-26 17
16. Soçi 22 3 6 13 23-37 15
Bombardirlər: Kassyerra (Zenit) – 15, Kordoba (Krasnodar) – 11, Tyukavin (Dinamo), Spertsyan (Krasnodar), Çalov (ÇSKA) – 9.
Növbəti turun oyunları aprelin 13-14-də keçiriləcək: Spartak – Soçi, Krasnodar – Zenit, Krılya Sovetov – Rubin, Lokomotiv – ÇSKA, Axmat – Baltika, Fakel – Rostov, Ural – Dinamo, Orenburq – Nijni Novqorod.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Normal futbol sərgilədik. Düzdü, istərdim ki, qol fürsətlərindən daha yaxşı yararlanaq. Daha bir qol vursaydıq, bizim üçün rahat olardı və sonluq bu qədər gərgin alınmazdı. Amma futbolda belə şeylər olur. Bəzi qarşılaşmalarda çox qol vurmaq alınmır. Müdafiədə inamlı oynadıq. “Baltika” son anları hücumda keçirsə də, qapımız önündə ciddi təhlükə yaranmadı. Ona görə də tam layiqli qələbə qazandığımızı deyə bilərəm. Vendelin “Krasnodar”la oyunöncəsi cəzalı duruma düşməsi heç yaxşı olmadı. Çünki o, aparıcı futbolçularımızdandı. Vərəqə aldığı epizodda bilərəkdən qaydanı pozmadı. Sadəcə, ayağı sürüşdü. Eybi yox. Kim hazırdısa, o da oynayacaq”.
Gilyermo Abaskal, “Spartak”ın baş məşqçisi:
“Futbolçularıma sona qədər qələbəyə inandıqlarına və final fitinə qədər döyüşdüklərinə görə təşəkkür edirəm. Son oyunlarda nəticə qazanmaqda çətinlik çəkirdik. Bu gün də erkən qol buraxdıq. Amma xarakter göstərməyi bacardıq. İlk yarıda üstünlüyə malik idik. Sadəcə, həmişəki kimi son nöqtəni qoymaqda çətinlik çəkirdik. Fasilədə etdiyimiz bəzi dəyişikliklərin bəhrəsi oldu. Bu qələbədə tək qolu vuranın yox, bütün komandanın əməyi var. İstefaya göndəriləcəyimlə bağlı xəbərlər haqda nə düşünürəm? Narahat olmayın, evə gedəcəm, suşi yeyəcəm və yatacam. Layiqli qələbə qazandıq. Əksini iddia etməyin. Nə olsun ki, hər iki qolu qapıçının səhvindən vurduq? Buna qədər qapıya 20 zərbə endirib qol vurmadığımız bir çox oyun olmuşdu”.






