Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) 0:0
1. Rojerio Santos - 6,0
34. Urfan Abbasov (k) - 5,0
7. Namik Ələskərov - 5,0
(33. Benito, 67) - 5,0
8. Şakir Seyidov - 5,0
(20. Rafael Məhərrəmli, 85) - qiymətsiz
9. Kennet Kalunqa - 5,5
(21. Azuma Abubakar, 67) - 4,5
66. David Domqjoni - 5,0
11. Viktor Stina - 5,5
(10. Rəhman Hacıyev, 85) - qiymətsiz
3. Mahamadu Ba - 5,5
14. Adama Fofana - 5,5
4. Mate Abuladze - 5,0
27. Desmond Akua - 5,0
(99. Əli Səmədov, 71) - 4,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
81. Elgün Bayramov
5. Hüseyn Babayev
17. Ümid Səmədov
19. Fərid Kələntərov
2. Arzu Atakişiyev
70. Şahnur İsmayılov
Baş məşqçi: Azər Məmmədov
Komandanın ən yaxşısı: Rojerio Santos
23. Martin Zlomisliç - 5,5
13. Bəhlul Mustafazadə (k) - 6,0
20. Kadi Borges - 5,5
2. Mateus Silva - 5,5
9. Zakaria Savo - 5,0
(22. Musa Qurbanlı, 77) - qiymətsiz
25. Cebrail Makreçkis - 5,0
19. Taofik İsmail - 5,0
(29. Renaldo Sefas, 46) - 5,0
7. Jali Muaddib - 5,0
(35. Pedro Bikalyo, 46) - 5,0
88. Samuel Lobato - 5,0
(21. Aleksey Kaşuk, 65) - 4,5
4. Bense Varkonyi - 5,0
33. Dieqo Rosa - 5,0
(8. Marko Yankoviç, 65) - 5,0
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
12. Teymur Həsənov
55. Bədavi Hüseynov
5. Bruno Lanqa
11. Reda Xadra
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Bəhlul Mustafazadə
Vərəqələr: J.Muaddib, 40 (qeyri-idman hərəkəti). K.Borges, 81 (hakimin qərarına etiraz). M.Ba, 90+3 (oyunun bərpasının ləngidilməsi). R.Əzizli, 90+4 (meydandan kənarda, qeyri-idman hərəkəti). C.Makreçkis, 90+4 (qeyri-idman hərəkəti) – sari.
Hakimlər: RAUF CABBAROV, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev (Bakı).
VAR hakimi: Əkbər Əhmədov (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
22 noyabr. Gəncə. Şəhər stadionu. 15500 tamaşaçı (15464 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Çempionatda son oyunlarda qələbəyə həsrət qalan "Qarabağ" meydana bu seriyanı qırmaq niyyəti ilə çıxmışdı. "Kəpəz" isə qalib gələcəyi təqdirdə həm ağdamlılar, həm də "Zirə" ilə xalını bərabərləşdirəcəkdi. Təbii ki, dolu tribunalar da oyuna əlavə gözəllik qatmalıydı.
İlk dəqiqələrdə komandalar təhlükəli vəziyyət yarada bilmədi. Mübarizə əsasən meydanın mərkəzində gedirdi. 14-cü dəqiqədə Kadinin künc zərbəsindən sonra Bəhlul topu geri ötürdü, amma Mateus başla dəqiq zərbə vura bilmədi. Cəmi 3 dəqiqə sonra gəncəlilərin çoxgedişli hücumu sonucunda Kalunqanın zərbəsini Zlomisliç dəf etdi. Kalunqanın 20-ci dəqiqədəki zərbəsində də azacıq dəqiqlik çatmadı. 23-cü dəqiqədə isə Stinanın zərbəsi qeyri-dəqiq alındı. Oyunda ilk real qol vəziyyətini 31-ci dəqiqədə qonaqlar yaratdı. Kadi ilə İsmailin ara ötürmələrindən sonra müdafiə yarıldı və Borges zərbə vurdu, ancaq Rojerio topu küncə çıxardı. 36-cı dəqiqədə isə Bəhlul komandasını real qoldan xilas etdi. Belə ki, o, Stinanın zərbəsini qapı xəttindən uzaqlaşdırdı. İlk hissənin sonlarına yaxın David, Ba və Fofanadan sıyrılan Kadi topu İsmailə çatdırdı, amma onun zərbəsini də Rojerio dəf etdi.
İkinci hissə “Qarabağ”ın hücumlar şəraitində keçdi. 49-cu dəqiqədə Mateusun baş zərbəsini Fofana qapı xəttindən çıxardı. Qonaqlar topun xətti keçdiyini desələr də, baş hakim təxminən birdəqiqəlik VAR müzakirəsindən sonra qolu qeydə almadı. 55-ci dəqiqədə Sefasın zərbəsinin qol olmasının da qarşısını Rojerio aldı. 65-ci dəqiqədə Sefasın ara ötürməsindən sonra Lobato Rojerio ilə təkbətək qaldı, lakin bu dəfə də top tora düşmədi. Oyunun sonlarına yaxın isə Markonun qapı qarşısına göndərdiyi topu Kadi qapıya yönəldə bilmədi.
Beləliklə, tamaşaçı rekordu qırılan stadionda qapılara top vurulmadı. Qurban Qurbanovun baş məşqçi kimi çıxdığı 900-cü oyunda "Qarabağ"ın qələbəsizlik seriyası 5-ə çatdı.
Gözdən qaçmadı
* Komandalar meydana şəhid övladları ilə birgə çıxdılar.
* 41-ci dəqiqədə Kadi Taofikə ötürmə verən zaman butsu ayağından çıxdı.
* Oyun ərzində top hakimə iki dəfə dəydi.
ƏSƏD SEYİDOV
“Qarabağ” Gəncəni fəth edə bilmədi - REPORTAJ
Reportaj





