• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Krasnodar” ilk dəfə qış fasiləsinə lider yollandı – TURUN ŞƏRHİ

Dünya futbolu

13-12-2023, 20:0

Həftəsonu premyer-liqada qış fasiləsi ərəfəsində sonuncu tur keçirildi.

"Football-plus.az" xəbər verir ki, tur iddialılar üçün uğurlu alındı. Açılış oyununda “Ural”ı asanlıqla məğlub edən “Lokomotiv” evdə ardıcıl 3-cü qələbəsini qazandı. “Spartak” isə 12 dərəcə şaxtada keçirilən qarşılaşmada “Krılya Sovetov”u darmadağın edərək ilk dövrədəki fiaskonun qisasını aldı. Moskva nəhəngi ilk dövrədə Samarada 4 cavabsız top buraxmışdı. Maraqlıdı ki, bu, “Spartak”ın 2023-cü ildə premyer-liqada cəmi 2-ci böyükhesablı qələbəsi oldu. İlk belə qələbə avqustun əvvəllərində səfərdə “Rubin”lə oyunda (4:1) əldə olunmuşdu. “Ağ-qırmızılar” qış fasiləsinə 30 xal və 27 qolla yollandılar. Komanda ötən mövsüm 18-ci turdan sonra indikindən 7 xal artıq toplamış və 15 qol çox vurmuşdu! “Zenit” evdə “Nijni Novqorod”la görüşdə çox çətin, amma vacib qələbə qazandı. Kassyerra həm komandasına önəmli xallar qazandırmaqda, həm də bombardirlər yarışındakı liderliyini möhkəmləndirməkdə davam edir. Kolumbiyalı forvard premyer-liqada iştirak etdiyi ardıcıl 5-ci oyunda qol vurdu. Piterlilərin heyətində sonuncu dəfə belə seriya yaxalayan futbolçu 2021-də Dzyuba olmuşdu. Qroznıdan qolsuz bərabərliklə qayıdan Valeri Karpinin “Rostov”unun səfərdəki qələbəsiz seriyası 13 oyuna yüksəldisə, Voronejdən 1 xalla dönən “Dinamo”nun premyer-liqada məğlubiyyətsiz seriyası 9 oyuna çatdı. Ümumyyətlə, Moskva təmsilçisi ilk 18 turu cəmi 2 məğlubiyyətlə tamamlamaqla 1994 və 1996-cı illərdəki göstəricisini təkrarladı. “Rubin” sevimli 1:0 hesabı ilə “Baltika”dan üstün oldu. Kazanlıların bu mövsüm 8 qələbəsindən 6-da (!) məhz bu hesab qeydə alınıb.

Turun mərkəzi oyununda liderliyin taleyi həll olunurdu. ÇSKA “Krasnodar”ı büdrətsəydi, qış fasiləsinə “Zenit” lider qismində yollanacaqdı. “Hərbçilər” əllərindən gələni etsələr də, xal qazanmaq mümkün olmadı. 90-cı dəqiqədə künc zərbəsi zamanı Krivtsov topu saxlamadan yaxın küncü dəqiq nişan aldı. “Krasnodar” tarixində ilk dəfə qış fasiləsinə lider kimi yollandı. Bundan başqa, komanda 2023-cü ildə premyer-liqada keçirdiyi 16 ev matçının heç birində uduzmadı (12 qələbə, 4 heç-heçə). Sonuncu dəfə təqvim ilini evdə uduzmadan bitirən komanda 2019-da “Zenit” olmuşdu.

18-ci tur
Zenit – Nijni Novqorod 1:0
Kassyerra, 15.
Zenit: Adamov, Fernandes (Klaudinyo, 64), Çistyakov (Alip, 24), Rodriqao, Santos (Kruqovoy, 46), Vendel, Barrios, Du Keyroş, Mantuan (İzidor, 73), Mostovoy, Kassyerra (Sergeyev, 73).
Krasnodar – ÇSKA 1:0
Krivtsov, 90.
ÇSKA: Akinfeyev, Kellven, Lukin, Roşa, Moyzes, Qayiç, Zdelar, Mendes (Zabolotnı, 90+2), Oblyakov, Fayzullayev, Çalov (Davila, 90+2).
Spartak – Krılya Sovetov 3:0
Promes, 2. Sobolev, 8. Martins, 50.
Spartak: Maksimenko, Denisov, Duarte, Babiç, Xluseviç, Umyarov, Prutsev, Martins (Çernov, 85), Zinkovski, Promes (Meleşin, 90+3), Sobolev (Laykin, 90).
Lokomotiv – Ural 2:0
Morozov, 18. Tiknizyan, 90+2.
Lokomotiv: Lantratov, Nenaxov (Samoşnikov, 46), Morozov, Fasson, Silyanov, Barinov, Mitay (Jemaletdinov, 87), Mirançuk (Süleymanov, 73), Qluşenkov (Kulikov, 89), Tiknizyan, Dzyuba (Pinyaev, 73).
Fakel – Dinamo 1:1
Maksimov, 79-p. – Qladışev, 29.
Baltika – Rubin 0:1
Daku, 7.
Soçi – Orenburq 1:1
İqnatyev, 42 – Xotulev, 90+4.
Axmat – Rostov 0:0
1. Krasnodar 18 11 5 2 28-14 38
2. Zenit 18 11 3 4 35-17 36
3. Dinamo 18 8 8 2 29-22 32
4. Lokomotiv 18 8 7 3 29-23 31
5. Spartak 18 9 3 6 27-24 30
6. Krılya Sovetov 18 8 5 5 36-27 29
7. Rubin 18 8 4 6 17-21 28
8. ÇSKA 18 7 7 4 31-24 28
9. Nijni Novqorod 18 7 3 8 15-16 24
10. Rostov 18 5 6 7 24-29 21
11. Fakel 18 5 6 7 15-19 21
12. Ural 18 5 4 9 18-28 19
13. Axmat 18 4 5 9 18-23 17
14. Orenburq 18 3 6 9 19-28 15
15. Baltika 18 3 4 11 12-24 13
16. Soçi 18 3 2 13 17-31 11
Bombardirlər: Kassyerra (Zenit) – 14, Kordoba, Spertsyan (hər ikisi “Krasnodar”), Çalov (ÇSKA), Qarre (Krılya Sovetov), Tyukavin (Dinamo) – 8.
Növbəti turun oyunları gələn il martın 2-4-ü aralığında keçiriləcək: Zenit – Spartak, Rostov – Krılya Sovetov, Krasnodar – Rubin, ÇSKA – Orenburq, Dinamo – Lokomotiv, Axmat – Ural, Baltika – Soçi, Nijni Novqorod – Fakel.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi: “Deməzdim ki, sonluq bizim üçün çətin keçdi. Çünki qapımız önündə, demək olar, qol vəziyyəti yaranmadı. Sadəcə, hesab “sürüşkən” olduğundan istər-istəməz ehtiyatlı oynayırdıq. Çünki bir səhv bizə baha başa gələ bilərdi. Oyunboyu topa yaxşı nəzarət etsək də, həlledici məqamda son zərbəni qoymaqda çətinlik çəkirdik. Mövsümün indiyə qədər olan dönəmindən razıyammı? Əlbəttə. Çempionluq mübarizəsini davam etdiririk. Kubokda da irəliləyirik. 18 turluq performansımıza “4” verərdim. Amma necə çətinliklərdən keçdiyimizi, hansı oyunçuları itirdiyimizi, zədəlilərimizin olduğunu da unutumayaq. Məsələn, yayda mənə qış fasiləsinə ikinci pillədə yollanmağı təklif etsəydilər, düşünmədən razılaşardım. Daha aşağı pillələrdə olacağımızı düşünürdüm. Futbolda daimi qalib yoxdu. Uzun illər zirvədə qalmaq asan deyil. Hətta “Bavariya” kimi klub son turda 5 top buraxdı. Bu məqam hər bir klubun müəyyən dönəmdə problemlərlə qarşılaşdığını göstərir”.

Vladimir İviç, “Krasnodar”ın baş məşqçisi: “Emosiyalarımız bir-birinə qarışıb. Son dəqiqədə gələn qol bizə həm qələbə, həm də böyük sevinc bəxş etdi. Demək olar, mövsümün əvvəlindən zirvədə qərarlaşmışıq və qış fasiləsinə də lider yollanırıq. Bu, gərgin əməyin nəticəsidi. Bu gün əsl xarakter nümayiş etdirdik. Son dəqiqədə vurduğumuz qol lider olmağa layiq olduğumuzu göstərdi. Sona 12 tur qalıb. Komandanın qarşısına ciddi hədəf qoyulub. Transfer dönəmində bəzi oyunçularımız ayrılsa, onların yerini mütləq doldurmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 20:0

Çempion məğlubiyyətləri sıralayır – TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 15:0

“Spartak” autsayderlə bacarmadı - TURUN ŞƏRHİ

Dünya futbolu

8-08-2023, 22:0

“Spartak” “Zenit”dən 5 xal aralandı

Dünya futbolu

21-09-2023, 00:0

“Krasnodar”ın seriyası Kadinin sayəsində davam etdi – TURUN ŞƏRHİ

Aktual
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Son xəbərlər
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə