• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bizdən asılı olmayan bəzi proseslər baş verir və mərkəzdə bizik" - Azər Bağırov nədən narahatdı?

Manşet / Müsahibə

5-04-2024, 15:0

Misli premyer-liqasına bu mövsüm qoşulan, ilk dövrələrdə yaxşı təsir bağışlayan “Araz-Naxçıvan”ın indiki durumu maraq doğurur.

Belə ki, Muxtar Respublika təmsilçisi mövsümün əvvəlində, yəni 1-ci dövrədə “Qarabağ”, “Neftçi” kimi çempionluğa namizəd göstərilən komandalara qalib gəlməyi bacarmışdı. 2-ci dövrədə də qənaətbəxş oyun sərgiləyən komanda liderlər siyahısından geri düşsə də, ən azı “avrokubok zonası” və ölkə kuboku uğrunda mübarizəsini davam etdirirdi. Lakin 3-cü dövrədə gözləntilər doğrulmadı. Artıq çempionatda 4-cü, yəni sonuncu dövrədi. “Ağ-qırmızılar”ı qarşıda 8 oyun gözləyir ki, bu da öz növbəsində komandanın həm liderlər sırasına yüksəltməsinə, həm də elitadan getməsinə yardım edəcək qədər yetərlidi.

Baş məşqçi Azər Bağırovla söhbətləşdik. Görəsən, təcrübəli mütəxəssis mövsümün əvvəliylə müqayisədə komandasının indiki durumunu necə qiymətləndirir? Yəni ilk dövrədə liderlər sırasında olan həmin “Araz-Naxçıvan”ı görə bilməməyizin səbəbi nədi? Azər bəy məsələyə belə aydınlıq gətirdi.

- Mövsümün ilk yarısında olduğu kimi, qış fasiləsindən sonra da yaxşı start verdik. Sadəcə, iki cəbhədə mübarizədə aparmağın bizim üçün çətin olduğunu hiss etdik. Çünki ehtiyat oyunçularımız azdı. Hələ ki iki cəbhədə mübarizə aparmaq “Araz-Naxçıvan” üçün deyil. Çünki yay fasiləsində belə istədiyimiz futbolçuları komandaya cəlb edə bilmədik. Amma buna bir sıra səbəbləri göstərərdim. Əsas səbəb iki cəbhədə oynaya bilməməyimiz və 3-4-cü dövrələrdə bizə qarşı çox kobud hakim səhvlərinin olmasıdı. Həmin səhvlər üzündən 10-12 xal itirmişik.

- Ayrı-ayrı futbolçuların formadan düşdüyü də hiss olunur. Siz də belə düşünürsüz?
- Əslində bu, normal haldı. Sadəcə, bəzi komandalar bunu daha tez aradan qaldıra bilir. Çünki ehtiyat oyunçular skamyası daha genişdi. Biz isə bu yöndə kasadlıq çəkirik. Həm də heyətdəkilərin bir çoxu premyer-liqa təcrübəsi olmayan futbolçulardı. Əsasən də yerli oyunçularımız burda çoxluq təşkil edir. Bu da sonda eniş yaşayan oyunçular üzərində təzyiqə səbəb olur. Həmin təzyiqi aradan qaldırmaq daha çətindi.

- Rəqiblərinizin getdikcə oyunlarınızı təhlil edib öyrənməsini, əks-təsir üsullarını tapmasını da komandanın problemlərindən biri kimi göstərmək olarmı?
- Deməzdim ki, bu, təhlil məsələsidi. Əslində bizim oyunlarda çoxlu qol imkanımız olur. Sadəcə, həmin imkanlardan yararlana bilməmək bizi çətin duruma salıb. Məsələn, elə qarşılaşmalar var ki, birinci hissədə 4-5 yüzfaizlik qol imkanımız olub, amma bunların heç birini dəyərləndirə bilməmişik. Rəqib isə yeganə qol imkanından yararlanıb. Hətta adicə standart vəziyyətdən fərqlənməyi bacarıb. Bununla da oyunu ya bərabərliyə, ya da qələbəyə aparıblar. Hesab edirəm ki, əsas problemlərimiz burdadı. İmkanlar yaradırıq, ancaq dəyərləndirə bilmirik.

- Bəs klubun maliyyəşəməsində problemlər varmı?
- Maliyyə baxımından problem olduğunu deməzdim. Çünki AFFA-dan ayrılan vəsaitlə birgə hər şey normal qaydada verilir.

- Komandanın ev oyunlarını Naxçıvandan kənarda keçirməsinin nəticələrə təsiri varmı?
- Əlbəttə, ev oyunlarını Naxçıvanda keçirsəydik, indiki xallarımızın üzərinə ən azı 10-12 xal əlavə edərdik. Eyni qaydada liderlər cərgəsində olardıq. Yəni komandanın ev görüşlərini Naxçıvanda keçirməsi daha yaxşı olardı.

- Kəsəsi, belə demək mümkündüsə, mövsümün əvvəlində avrokuboklar uğrunda mübarizə aparan “Araz-Naxçıvan”ı indi elitada qalmaq uğrunda mübarizə aparan “Araz-Naxçıvan” əvəzləyib. Belə yanaşmayla razısızmı?
- Xeyr, əsla razı deyiləm. Bu gün “Araz-Naxçıvan” bütün komandalara qarşı yaxşı futbol sərgiləyir. Yəni təkcə elitada qalmaq xətrinə deyil. Baxımlı futbol oynayırıq, qol vəziyyətləri yaradırıq, mübarizə əzmimizi ortaya qoyuruq. Sadəcə, son dönəmlərdə bizdən də asılı olmayan bəzi proseslər baş verir və həmin proseslərin də mərkəzində bizik. Bayaq dediyim kimi, çox oyun vurğulaya bilərdim ki, kobud hakim səhvləri ilə üzləşmişik, həmin səhvlər başqa komandalara qarşı olmur.

- Hər halda, klub rəhbərliyi bu gün də sizə dəstək verir, çox güvənir. Bu amil sizi necə ruhlandırır? Yəni sizi yeni Qurban Qurbanov olmağa həvəsləndirirmi?
- Gənc məşqçi kimi bəzən səhvlərimiz olur. Buna baxmayaraq, şükürlər olsun ki, rəhbərliyin bizə böyük dəstəyi var və həqiqətən də, bunu hiss edirik. Elə sizin vasitənizlə də bir daha təşəkkürümü bildirmək istəyirəm. Qurban müəllim Azərbaycan futbolu üçün bir dəyərdi, böyük qardaşımızdı. İllərlə onun və komandasının uğurlarına sevinmişik. İnşallah, qismət olarsa və bizə də şans verilərsə, Azərbaycan futboluna töhfə vermək istəyərdik.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-03-2024, 18:0

“Hələ heç nə bitməyib, qarşıda 11 oyun var”

Premyer-liqa / Manşet

6-02-2024, 19:0

Sürpriz liderlikdən zirzəmiyə doğru... – “Araz-Naxçıvan”ın dərdi nədi?

Aktual / Ölkə futbolu

21-03-2024, 11:0

"Araz-Naxçıvan"ın 4-cü dövrə üçün planları nədi? - Azər Bağırov açıqladı

Ölkə futbolu / Manşet

21-03-2024, 11:0

“Sabah” iddiasını ortaya qoydu, Qərbdən yaxşı siqnallar var - 3-cü dövrəyə ötəri baxış

1-ci liqa / Manşet

19-02-2024, 21:0

Çempionluq yarışında biz də varıq! - Kənan Kərimov “Karvan”ın hədəfini gizlətmədi

Aktual
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Son xəbərlər
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 93
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə