• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” iddiasını ortaya qoydu, Qərbdən yaxşı siqnallar var - 3-cü dövrəyə ötəri baxış

Ölkə futbolu / Manşet

21-03-2024, 11:0

Misli premyer-liqasında 3-cü dövrə geridə qaldı. 19-27-ci turlarda keçirilən oyunlar bir çox məsələyə aydınlıq gətirdi. Sevindirici məqam gərginliyin artan xətt üzrə inkişaf etməsi oldusa, eniş yaşayan komandalar azarkeşlərini üzdü.

"Football-plus.az" son 9 turun mənzərəsinə nəzər salır.

"Qarabağ" sonuncu dəfə 11-ci turda "Araz-Naxçıvan"a uduzub və artıq 16 oyunluq məğlubiyyətsizlik seriyası var. Qısası, Qurban Qurbanovun komandası rəqib tanımır. "Köhlən atlar" premyer-liqadakı uğurlarıyla yanaşı, Avropa Liqasının 1/8 finalı yüksəlməklə ölkənin futbol tarixində ilkə imza atdı. Həmçinin ağdamlılar ölkə kuboku uğrunda mübarizəni də davam etdirir.

"Sabah" 3-cü dövrədə ötən "futbol ili"ndəki əzəmətini geri qaytarmaq yönündə böyük addım atdı. 3-cü dövrədə "Qarabağ"dan xal alan yeganə komanda məhz "Sabah"dı (22-ci tur: "Qarabağ" - "Sabah" 3:3). Krinoslav Renduliçin gəlişiylə 2-ci yerə iddiasını ortaya qoyan Masazır təmsilçisi 9 turun nəticələrinə əsasən həmin sıradadı. İndi komanda tempi qorumalıdı ki, bu da asan olmayacaq.

"Neftçi" 3-cü pillədə olsa da, nəticələri qaneedici deyil. Komandanın gümüş medalları çoxdan təmin etməli olduğunu düşünən azarkeşlər narazıdı. "Ağ-qaralar" 3-cü dövrədə ən böyük və sadiq fanklubu "Forza Neftçi"ni də itirdi. Bu komandanın həm oyun, həm də nəticə baxımından problemləri var. Qısası, Bojoviç Mutuya rəhmət oxutdurur.

"Zirə" ilk "dördlük"dədi. Baxmayaraq ki, son 9 oyunda 17 xal itirib. Düzü, Rəşad Sadıqovun yetirmələri mövsümün əvvəlindən bəri eyni iş prinsipinə sadiqdi. Qəsəbə təmsilçisi sırf nəticəyə hesablanmış oyunla avrokuboklar uğrunda mübarizədə iddiasını qoruyur. Lakin 4-cü dövrənin daha çətin keçəcəyini nəzərə alsaq, xal ehtiyatının nə dərəcədə artacağı sual altındadı.

"Sumqayıt" da müəyyən mənada eniş yaşadı. Bəli, hələ ki şans var. Sadəcə, daha yaxşı hazırlaşıb son 9 oyunun zərərini kompensasiya etmək lazımdı. Ən azı Samir Abasov turnir cədvəlindəki sıralamanın aldadıcı olduğunu dərk edir. Axı komandalar arasında xal fərqi çox deyil. "Kimyaçılar" avrokuboklar uğrunda mübarizədən qopmaq istəmirsə, təcili tədbirlər görülməlidi.

"Səbail" ortabab oyun tərzi və nəticələr ilə yadda qaldı. Şahin Diniyev hər dəfə "düzgün yoldayıq" deyir. Əlbəttə, bir bildiyi var, amma 3-cü dövrəni planlaşdırdığı kimi keçirmədiyini etiraf etməlidi.

“Kəpəz”lə “Turan Tovuz” son 9 oyunda yaxşı siqnallar ötürdü. 3-cü dövrədə 13 xal heç də pis nəticə deyil. Gəncəlilər faktiki elitada yerini təmin etdi. Bəs “Turan Tovuz”? Belə davam edəcəkmi? Bu, Ayxan Abbasovdan və komandasından asılıdı. Reallıq odu ki, "bozqurdlar" çətin işin öhdəsindən gəlsə, avrokuboklar uğrunda mübarizədə "mən də varam" deyəcək.

"Araz-Naxçıvan"ın durumunu eniş yox, çöküş sözüylə xarakterizə etmək lazımdı. Həm də hər mənada... Debütant nə istənilən qədər qol vura bildi, nə də qapısını yaxşı qorudu. Təbii ki, zəif oyun nəticədə əksini tapdı Azər Bağırov hadisələrin axarına müdaxilə etməsə, autsayder mövqeyiylə barışmalı olacaq.

Nəhayət, "Qəbələ"nin ümidləri tükənir... "Qırmızı-qaralar" 3-cü dövrədə qələbə qazana bilmədi. Qısası, Kaxaber Sxadadzenin gəlişi hələ ki bəhrə verməyib. Halbuki komanda 2-ci dövrəyə "Sabah"ı məğlub etməklə (1:0) yekun vuranda azarkeşlər ümidlənmişdi...

Bizi çox həyəcanlı və maraqlı 4-cü, yəni sonuncu dövrə gözləyir. Çempion bəlli olsa da, gümüş və bürünc medalların sahibləri, avrokuboklara yollanacaq komandalar bəlli deyil. Odu ki, izləməyə davam! Sonda sizi 3-cü dövrədə qeydə alınan nəticələrə əsasən tərtib olunan turnir cədvəliylə tanış edirik.

1. Qarabağ 9 8 1 0 26-9 25
2. Sabah 9 5 3 1 14-10 18
3. Kəpəz 9 4 1 4 18-18 13
4. Turan Tovuz 9 3 4 2 12-10 13
5. Neftçi 9 3 3 3 13-12 12
6. Sumqayıt 9 3 3 3 7-9 12
7. Səbail 9 3 2 4 13-14 11
8. Zirə 9 2 4 3 8-8 10
9. Araz-Naxçıvan 9 1 3 5 7-17 6
10. Qəbələ 9 0 2 7 8-19 2

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Premyer-liqa / Manşet

13-03-2024, 00:0

“Qarabağ” fərqi artırdı, “Sabah” da avrokubok iddiasını ortaya qoydu - TURUN ŞƏRHİ

Premyer-liqa

10-10-2023, 16:0

Dövrənin iki lideri var – TURUN ŞƏRHİ

Premyer-liqa

21-07-2023, 16:0

Premyer-liqada mövsümün tam təqvimi

Premyer-liqa / Manşet

16-04-2023, 21:0

"Qarabağ"ın seriyası qırıldı

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Daha çox
Oxunub: 474
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 198
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə