“Hələ heç nə bitməyib, qarşıda 11 oyun var”

11.03.2024 18:20 190
Premyer-liqa / Manşet
Mövsümün əvvəlində liderlər qrupunda qərarlaşan, bir ara hətta avrokuboklara vəsiqəyə iddialılar sırasında göstərilən “Araz Naxçıvan” artıq 8-ci pillədədi.

Bu gedişlə sürət yığan “Kəpəz”in də tezliklə Muxtar Respublika təmsilçisini arxada qoyacağı istisna olunmur. Görəsən, son vaxtlardakı uğursuzluqların səbəbi nədi? Çıxış yolu varmı? Komanda bu mövsüm yalnız elitada qalmaq üçün mübarizə aparacaq, yoxsa yenidən iddialılar sırasına dönəcək? “Qırmızı-ağlar”ın bombardiri Orxan Əliyev bu suallara belə cavab verdi:

“Ümimi götürəndə pis oynamırıq. Sadəcə, bəzi şeylər alınmır. Mövsüm başlayanda özümüzü yaxşı tərəfdən göstərsək də, hazırda həmin oyunu göstərə bilmirik. Bizdə hər şey alınırdı. Elə oyunlar var idi ki pis oynasaq da, nəticə qazanmışdıq. İndiki durumda özümüzə çıxış yolu tapıb xal qazanmalıyıq. Vəziyyəti düzəltməyə çalışırıq. Hələ heç nə bitməyib, qarşıda 11 oyun var. Nə qədər çox xal yığsaq, o qədər yaxşı olar. Sonda da bu il nəyə layiq olduğumuza baxacağıq”.


GÜNAY SÜLEYMANOVA