Premyer-liqanın debütantı son turlarda zəif çıxışla yadda qalır, çoxları artıq komandanın 8-ci pillədən yuxarı qalxa bilməyəcəyini düşünür.
Əlbəttə, Muxtar Respublika təmsilçisi 4-cü dövrədə ciddi uğurlar əldə etməsə, proqnozlar özünü doğrulda bilər. "Qırmızı-ağlar"ın milli fasilədən səmərəli istifadə etməsi vacibdi. Görəsən, komandanı bu yöndə planları nədi?
"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov "Football-plus.az"ın sualını belə cavabladı:
"Komanda dünən bir araya gəldi və məşqlərə başladıq. Proses martın 24-nə qədər davam edəcək. Bir gün dincələndən sonra martın 31-i keçiriləcək "Sumqayıt" - "Araz-Naxçıvan" oyununa hazırlaşacağıq. Heç bir yoldaşlıq oyunu nəzərdə tutulmayıb".
Xatırladaq ki, Muxtar Respublika təmsilçisi 27 turdan sonra 32 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
KƏNAN BAHADIR






