“Red-Black Army” niyə Zirədə görünmədi?

4.04.2024 22:50 187
Premyer-liqa / Manşet
Premyer-liqanı tərk etmək təhlükəsi getdikcə artan “Qəbələ”nin cari mövsümdəki son təsəlli yeri olan “Zirə” ilə kubok matçında azarkeş qruplarının olmaması təəccüb doğurdu.

"Football-plus.az" xəbər verir ki, belədə “qartallar”ın tribunaları silkələdiyi görüşdə “qırmızı-qaralar”ın barmaqla sayılacaq qədər azarkeşinin olmasının səbəbini öyrənməyə çalışdıq. Klubun ən böyük azarkeş qrupu “Red-Black Army”nin idarəçilərindən Nəriman Təbriz bu durumu belə şərh etdi:
“Dünən bir neçə üzvümüz orda olub, ancaq qrup şəklində iştrak etməmişik. Bir həftədə 2 oyun və çox uzaq məsafə olduğunu nəzərə alaraq, qərar verdik ki, üstünlüyü çempionat oyununa verək. Aprelin 7-də çempionat oyununda qrup şəklində iştrak etmək fikrindəyik. Dediyim kimi, qrup şəklində iştrak etmədiymizə görə banner açmadıq”.


KAMAL SƏFƏR