“Qəbələ”nin uğursuzluqları davam edir.
Son turda “Kəpəz”dən alınan darmadağın azarkeşləri üzdü. Maraqlıdı, onlar bu məğlubiyyətlə bağlı nə düşünür? “Red Black Army” azarkeş qrupunun idarəçilərindən biri Nəriman Təbriz “Footbal-plus.az”a bunları dedi:
“Komandanın çıxışından həddən artıq narazıyıq. Sadəcə, peşəkar düşünməyə çalışırıq. Ortada ötən il kubok qazanan bir komandanın məşqçisi var. Rəhbərlik də eynidi. Ümumiyyətlə, Elmar müəllim 4-cü mövsümdü “Qəbələ”dədi. Səhv etmirəmsə, ilk mövsüm pandemiyaya görə yarımçıq qaldı. Qalan 3 mövsümdə büdcəsi zəif olan bir komandanı iki dəfə Avropa Liqasına çıxarıb. Bunların hamısını nəzərə alıb fikirləşirik. Ancaq komandanın qarşısına qoyulan məqsəd başqadı. Ona görə də azərkeş qrupu olaraq sözümüz odu ki, konkret fevrala qədər müəyyən vaxt verəcəyik. Kluba yanvarda transfer olunacaq oyunçuların komandaya uyğunlaşmağına görə. Ancaq fevralda yenidən məğlubiyyətləri sıralasaq, lazımi tədbirlər görəcəyik. İstər futbolçular olsun, istər məşqçilər - bizim üçün heç kim “Qəbələ”dən üstün deyil. Ancaq fevrala qədər komandaya özünə gəlməsi üçün vaxt veririk”.
MİRKAMAL KAZIMZADƏ