Söhbət “Red Black Army” azad azarkeş qrupundan gedir. “Qırmızı-qaralar”ın oyununda belə az sayda tərəfdar olmasının səbəbini öyrənmək üçün sözügedən qrupun rəhbəri Cavad Şərifliylə danışdıq:
“Birincisi, bizim elə öhdəliyimiz yoxdu. Az getdik və ya çox getdik, yəni kimsə bu barədə bizdən hesabat istəyə bilməz. Həftəiçi idi deyə, işdə və dərsdə olanlar var idi. Ona görə elə sayda getdik. Əsas odu ki, orda vardıq, dəstək verirdik”.


