“Red Black Army” “Sabah” azarkeşinə “qorxaqlar” dedi

6.08.2023 21:07 333
Premyer-liqa
Misli premyer-liqasında 1-ci tura "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulur. Hazırda 2-ci hissə oynanılır, meydan sahibləri hesabda 3:0 irəlidədi.

"Football-plus.az" xəbər verir ki, fasilə zamanı "Sabah" və "Qəbələ" azarkeşləri arasında indident yaşanıb. Buna səbəb "Qəbələ"nin fanklubu "Red Black Army"ın ilk hissə davam edən zaman "Qorxaqlar" şüarını səsləndirməsi olub.
Polis dərhal müdaxilə edib və ara sakitləşib.
KƏNAN BAHADIR