“Qəbələ”nin oyunlarında necə olurdusa, elə də olacaq” – “Red Black Army”dən cavab

23.02.2024 13:09 237
Aktual / Ölkə futbolu
Bu gün premyer-liqanın 23-cü turu çərçivəsində “Kəpəz” “Qəbələ”ni qəbul edəcək.

Oyun Qəbələ şəhər stadionunda keçiriləcək. Amma “qırmızı-qaralar” qonaq komanda sayılır. Nominal meydan sahibi “Kəpəz” azarkeşlərinin stadionda çoxluq təşkil etməsi üçün çalışır. Bəs “Qəbələ”nin əsas fanklubu olan “Red Black Army” bu haqda nə düşünür?

Azarkeş qrupunun idarəçilərindən Nəriman Təbriz “Footbal-plus.az”a bunları dedi:

“Mənin özüm sağlıq durumuma görə Bakıdayam və ay sonuna kimi oyunlarda iştirak edə bilməyəcəm. Klub tərəfidən bizim fankluba da məlumat verilib. Yəni “Qəbələ”nin oyunlarında necə olurdusa, elə də olacaq. Rəqib azarkeş qrupu öz sektorlarında olacaq. “Qəbələ”nin “Red Black Army” azarkeş qrupu sektor B4-də olacaq ”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul