Xatırlayırsızsa, “Qəbələ”nin ən fəal azarkeş qrupu “Red Black Army” komandaya özünə gəlməsi üçün fevrala qədər vaxt vermişdi. Görəsən, dünənki nəticədən sonra bu fikirdə dəyişiklik olubmu? Ümumiyyətlə, fanklub nəticələr haqda nə düşünür?
Azarkeş qrupunun idarəçilərindən Nəriman Təbriz "football-plus.az"ın suallarını belə cavabladı:
"Səbrimiz artıq tükənib. "Səbail"lə oyundan sonra Elmar Baxşıyevi və köməkçilərini tribunaya çağırıb etiraz və tələblərimizi bildirdik. Bu məqsədlə komandayla da görüşəcəyik. Danışıqlardan sonra təyin etdiyimiz vaxtın qüvvədə olub-olmaması barədə sizə məlumat verə bilərik. İndi məsələni təhlil edir və problemin səbəbini araşdırırıq. Biz futbolu təkcə azarkeş gözüylə yox, hərtərəfli düşünən insanlarıq. Məşqçinin günahı 50 faizdisə, oynamayan futbolçuların günahı da elə o qədərdi. Öncəliklə futbolçular barədə tədbir görəcəyik. Elmar Baxşıyevə hörmətimiz var və bir gün sağollaşsaq da, bunun qalmasını istəyirik. Onu da qeyd edim ki, bizim üçün "Qəbələ"dən üstün heç nə yoxdu. Tələbimiz ciddiyə alınmasa, Baxşıyevi və kollektivini tribunalardan istefaya səsləyəcəyik".
GÜNAY SÜLEYMANOVA






