• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldo 39 yaşında da dayanmaq bilmir

Dünya futbolu

4-04-2024, 13:0

Kriştiano Ronaldo böyük ehtimalla bu mövsüm də Səudiyyə Ərəbistanı çempionluğunu qazana bilməyəcək. Çünki onun şərəfini qoruduğu “Əl-Nəssr” inanılmaz qələbə seriyası yaxalayan və adını futbol tarixinə yazdıran “Əl-Hilal”dan çox geridədi. Amma fərdi planda Ronaldo üçün mövsüm çox uğurlu keçir.

"Football-plus.az" xəbər verir ki, zatən karyerasının hər dönəmində inanılmaz məhsuldarlıq sərgiləyən portuqaliyalı superulduz hətta 39 yaşında da “torba-torba” qol vurmaqda davam edir.

“Əl-Nəssr” martın 30-da 25-ci tur çərçivəsində öz meydanında “Əl-Tai”ni 5:1 hesabıyla darmadağın edərkən Kriştiano ikinci hissədə 3 qol vurmaqla diqqəti çəkmişdi. Bu turnirdə mart ayının ən yaxşısı seçilən məşhur qoleador aprelə də inanılmaz start verib. Srağagün 26-cı tur çərçivəsində “Əl-Nəssr” “Abha”nın qonağı oldu. Bu klub elitada qalmaq uğrunda mübarizə aparsa da, heyətində təcrübəli qapıçı Tataruşanu, eləcə də Tisseran, Krıxovyak, Kamano kimi Avropada tanınmış futbolçular top qovur. Amma Ronaldo bu komandanı? demək olar, təkbaşına parçaladı. Özü də bir hissəyə! O, əvvəlcə 11 və 21-ci dəqiqələrdə cərimə zərbəsindən iki qol vurdu. Halbuki Ronaldo Avropadakı karyerasının son illərində cərimə zərbələrini “dağa-daşa” vurduğu üçün tez-tez məzə obyektinə çevrilirdi.

Maraq üçün bildirək ki, onun cərimə zərbəsindən iki qol vurduğu sonuncu oyunun üstündən az qala 13 il ötüb. Ronaldo sonuncu dəfə bunu 2011-in mayında “Real”ın heyətində “Valyadolid”lə oyunda bacarmışdı. O, karyerası ərzində cərimə zərbələrindən vurduğu qolların sayını 63-ə çatdırsa da, hələ də Lionel Messidən (65) geridədi. Bununla kifayətlənməyən “Qızıl top”un beşqat qalibi fasiləyə qədər aşırma zərbə ilə daha bir baxımlı qol vurdu, üstəlik hesabına iki məhsuldar ötürmə yazdı. Düzdü, onun Maneyə ötürməsi zamanı qapıçı bir balaca topa toxunduğundan bəzi mənbələrdə onun göstəricisi “3+1” kimi qeyd olunub. Amma Avropanın aparıcı mənbələri Ronaldonun bir hissədə 5 qolda yaxından iştirak etdiyini vurğulayıblar. Fasilədə o, əvəzlənsə də, “Əl-Nəssr” daha 3 qol vuraraq 8:0 hesablı möhtəşəm qələbə qazandı. Bu, klubun rəsmi oyunlarda ən böyük qələbəsi kimi tarixə düşdü. Ronaldonun ardıcıl 2 oyunda het-trik etməsinə sonuncu dəfə 2015-ci ildə rast gəlinmişdi. Həmin vaxt o, “Real”ın heyətində sentyabrın 12-də “Espanyol”la La Liqa oyununda 5, sentyabrın 15-də isə “Şaxtyor”la ÇL matçında 3 qol vurmuşdu. Onu da bildirək ki, ulduz futbolçu karyerası ərzində 65-ci het-trikini rəsmiləşdirdi və bu göstəricidə XXI əsrdə hamıdan öndədi. Messinin aktivində 57 het-trik var. Bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 24 oyuna 29 qol vurub və ən yaxın rəqibini 7 top qabaqlamaqla inamla bombardirlər yarışına başçılıq edir.

Sonda Ronaldonun indiyə qədər “Əl-Nəssr”də 60 rəsmi oyunda 56 qol, 14 məhsuldar ötürməlik mükəmməl performans sərgilədiyini də əlavə edək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-04-2023, 13:0

Ronaldo Ərəbistanda qolsuz seriyaya son qoydu

Dünya futbolu

2-06-2023, 19:0

Ronaldo ardıcıl ikinci mövsüm titulsuz qaldı

Dünya futbolu

24-01-2023, 22:0

Ronaldo “Əl-Nəssr”də debüt etdi

Dünya futbolu

6-02-2023, 13:0

Ronaldo “Əl-Nəssr”də ilk rəsmi qolunu vurdu

Dünya futbolu

29-02-2024, 13:0

Ronaldo cəzasını aldı

Dünya futbolu

3-09-2023, 12:0

Kriştiano Ronaldo 850-yə çatdı!

Aktual
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Son xəbərlər
  • Bu gün, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Bu gün, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Bu gün, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Bu gün, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Bu gün, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
Daha çox
Oxunub: 295
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə