Cüdoçularımızın ilk rəqibləri məlum oldu - DÇ

18.11.2026 15:39 0
İdman
Cüdoçularımızın Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Noyabrın 19-dan 22-dək baş tutacaq dünya çempionatının fərdi yarışlarında Azərbaycan 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.

Mundialda 78 ölkədən 574 idmançı iştirak edəcək. Fərdi yarışlar noyabrın 19-21-də baş tutacaq.

Cüdoçularımızın ilk rəqibləri:
Qızlar
48 kq, 1/16 final

Nərgiz Əhmədova - Maria Valensiya (Çili)

52 kq, 1/16 final
Aysun Məmmədova - Rima Burihan (Kanada)

57 kq, 1/16 final
Xədicə Qədəşova - Selin Bestav (Türkiyə) / Nino Xaraişvili (Gürcüstan) cütünün qalibi ilə
Vüsalə Hacıyeva - Nika Tomts (Sloveniya)

63 kq, 1/16 final
Hanna Zaytseva - Mariam Natelauri (Gürcüstan)

Oğlanlar
60 kq, 1/16 final
Ayxan Mirzəzadə - Gavreil Şanran Lu E Xan (Honkonq) / Stratos Xaralampus (Kipr) cütünün qalibi ilə

66 kq, 1/16 final
Məhəmməd Musayev - Maqni Lauritsen (Danimarka) / Yun Vinq Yat (Honkonq) cütünün qalibi ilə

81 kq, 1/32 final
Mehdi Abbasov – Edoardo Mikele Russo (İtaliya)
Cəsur İbadlı - Anas Buqammaz (Küveyt)

90 kq, 1/16 final
Süleyman Şükürov - Nikolas Zadvinski (ABŞ) / İnomjon Baxodirov (Özbəkistan) cütünün qalibi ilə

90 kq, 1/32 final
Aslan Kotsoyev - Dilşod Naşirov (Özbəkistan)

100 kq, 1/16 final
Davud Namazlı - Fadil Məhəmməd İsmaqombetov (Qırğızıstan)

100 kq, 1/32 final
Canpolad Əliyev - İvan Harmaş (Ukrayna)

+100 kq, 1/16 final
Ramazan Əhmədov - Temuulen Munxçuluun (Monqolustan)