İddialara görə, uzun müddətdi maaş ala bilməyən futbolçular oyuna qədər, heç olmasa, iki ayın məvacibini əldə etməsələr, yenə meydana çıxmayacaqlarını bildiriblər. Bu məlumat nə dərəcədə doğrudu? Maddi problemlərin həlli yönündə ümid varmı?
Bu suallarla "Mingəçevir"in İdarə Heyətinin sədr müavini Ruslan Həmidova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Komanda 3-4 gündü məşqlərə başlayıb. Futbolçular "Baku Sportinq"lə oyuna hazırlaşır. Qidalanma və futbolçuların kirayə evlərdə məskunlaşması məsələsi həllini tapıb. Oyun gününə qədər əməkhaqları da ödəniləcək. Şükür Allaha, hər şey qaydasındadı. Maliyyə çətinliklərinin tam aradan qaldırılması yönündə isə real nəticə yoxdu. Danışıqlar davam edir".
Xatırladaq ki, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçiriləcək oyun sabah saat 14.30-da start götürəcək.
KƏNAN BAHADIR





