"landespiegel.li":
"Bakıda qolsuz heç-heçədən 7 həftə sonra bir daha Lixtenşteynlə qarşılaşan Azərbaycan ikinci cəhddə qalib gəldi. "Reynpark" stadionunda 1:0 hesabıyla qalib gələn qonaqlar Millətlər Liqasının D liqasının 2-ci qrupunda birinci yeri tutdular. Lixtenşteyn qrupdakı üçüncü matçında qol vura bilmədi. Meydan sahiblərinin cəmi bir qol buraxmasının əsas səbəbi Benyamin Büxelin çıxışı oldu. Qapıçı 4-cü dəqiqədə saniyələr ərzində iki seyv etdi. Çoxsaylı zərbələri dəf edən "əlcək sahibi", nəhayət, 26-cı dəqiqədə məğlub oldu. Künc zərbəsi Lixtenşteynin uduzmasına səbəb olan qolun vurulması ilə nəticələndi. Konrad Fünfştükün komandası rəqib qapısına yalnız standart vəziyyətlərdən zərbə endirdi. İkinci hissədə beş əvəzetmə güc balansını dəyişdirə bilmədi. Azərbaycan fərqi artırmaq üçün bir neçə şansı əldən versə də, əvvəldən sona qədər ciddi təhlükə ilə üzləşmədi. Beləliklə, Azərbaycan qrup mərhələsini 8 xalla, məğlubiyyətsiz başa vurdu".
"lie-zeit.li":
"İlk hissə Azərbaycan millisinin mütləq üstünlüyü şəraitində keçdi. Xeyli qol vəziyyəti yaradan qonaqlar 26-cı dəqiqədə Mahir Emreli sayəsində qələbə qolunu vura bildi. İkinci yarıda isə demək olar ki, eynisəviyyəli komandaların duelinə şahidlik etdik. Hətta Lixtenşteyn gözləniləndən daha güclü performans sərgilədi. Sadəcə, hesabı bərabərləşdirmək üçün lazım olan qol vurulmadı".
"lie24.li":
"Lixtenşteyn millisi Azərbaycana qarşı oyunda azarkeşlər üçün növbəti dəfə böyük ümid vəd etdi. Artıq Konrad Fünfştükün komandasından müsbət nəticələr gözləmək sadəlövhlük deyil. Biz milliyə inana bilərik. Baş məşqçi də Azərbaycanla matç haqda yüksək fikirdədi. Mütəxəssis yığmanın inkişaf etdiyini deyir və bunda haqlıdı. Təbii ki, Azərbaycana qarşı heç-heçəni və minimalhesablı məğlubiyyəti uğur saya bilərik. Çünki rəqib qrup mərhələsini məğlubiyyətsiz başa vurdu. Onu da nəzərə alaq ki, komandamız bu oyunun ikinci hissəsində çox yaxşı oynadı. Sadəcə, azarkeşkəri qolla mükafatlandıra bilmədilər. Bununla belə, Fünfştük düşünür ki, Litvan millisi Azərbaycandan üstündü. İstər psixoloji, istərsə də fiziki hazırlıq baxımından. Bizi sevindirən daha bir məqam isə Konradın komandanı Azərbaycana qarşı daha cəsarətli oynamağa çağırması, millidən qol imkanları yaratmaq tələbidi. Həqiqətən də milli Azərbaycanla matçda bir çox tapşırığın öhdəsindən gələ bildi".
KƏNAN BAHADIR





