“Qızıl top”un son sahibinə çatan olmadı

18.11.2026 17:40 0
Dünya futbolu
Millətlər Liqasının 2026/27 mövsümündə qrup mərhələsinə yekun vurulub.

Harri Keyn bu mərhələnin ən məhsuldar futbolçusu olub. İngiltərə yığmasının 32 yaşlı hücumçusu meydana çıxdığı 6 oyunda 8 qol vurmaqla bombardirlərin siyahısında liderliyə yiyələnib.

“Qızıl top”un son sahibi olan “Bavariya”nın forvardından sonrakı pilləni hərəyə 6 qol vuran 5 futbolçu bölüşüb. Onlar Rasmus Höylunn (Danimarka), Andri Qudyonsen (İslandiya), Viktor Dyökereş (İsveç), Erlinq Holann (Norveç) və Troy Perrrottdu (İrlandiya).