Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanındakı debüt mövsümü uğursuz alınıb. Ulduz futbolçu Asiya ölkəsində mövsümü titulsuz başa vurub.
"Football-plus.az" xəbər verir ki, onun formasını geydiyi “Əl-Nəssr” ölkə çempionatının 29-cu turunda “Əl-İttifaq”la heç-heçə edib - 1:1. Start heyətində meydana çıxan Ronaldo 84-cü dəqiqədə əvəzlənib. “Əl-Nəssr” bu heç-heçə ilə xallarını 64-ə çatdırıb. Lider “Əl-İttihad” isə “Əl-Feyha”nı məğlub edərək (3:0) xallarının sayı 69-a yüksəldib. Nəticədə “Əl-İttihad” sona 1 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. “Əl-Nəssr” isə mövsümü 2-ci yerdə başa vurub.
Qeyd edək ki, Ronaldo ardıcıl ikinci mövsümü kuboksuz bitirib. O, ötən mövsüm “Mançester Yunayted”in heyətində də kubok qazana bilməmişdi. Kriştiano “Əl-Nəssr” ilə 2022-ci ilin dekabrında müqavilə bağlayıb.