"Turan Tovuz"un qapıçısı Oleq Baklov Tacikistan millisinin heyətində növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, 32 yaşlı "əlcək sahibi"nin Taylandda keçirilən "King’s Cup 2026" beynəlxalq turnirinin finalında meydan sahibləri ilə qarşılaşıb.
Bu görüşdə Tacikistan 0:3 uduzub. Tacikistan millisinin 38-ci dəqiqədən etibarən azlıqda qalması matçın taleyini həll edib.
Baklov 90 dəqiqə meydanda olub, 38-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.
Baklovun millisi finalda darmadağın oldu
Dünya futbolu





