Millimiz FİFA reytinqində üç pillə irəlilədi

18.11.2026 14:55 0
Ölkə futbolu
Millimiz FİFA reytinqində mövqeyini yaxşılaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1145,18 xalla üç pillə irəliləyərək 124-cü sıraya yüksəlib.

Millimizin reytinqdə irəliləməsinə Millətlər Liqasında Lixtenşteynə (1:0), eləcə də beynəlxalq yoldaşlıq görüşündə Andorraya (3:1) hesablı qələbələri səbəb olub.

Reytinq cədvəlinə 2004,48 xalla İspaniya millisi başçılıq edir. Argentina 1966,13 xalla ikinci, Fransa isə 1950,82 xalla üçüncü yerdə qərarlaşıb.