Ronaldo cəzasını aldı

29.02.2024 13:20 223
Dünya futbolu
Kriştiano Ronaldo gözlənilən aqibətlə üzləşib.

“Əl-Nəssr”in hücumçusu azarkeşlərə qarşı qeyri-etik jest etdiyi üçün cəzalandırılıb. 39 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun “Əl-Şəbab”la oyununda (3:2) etdiyi jestə görə 1 oyunluq diskvalifikasiya olunub. Maraqlıdı ki, Ronaldo həmin jestin “güc və qələbə ifadə etdiyini” və Avropada azarkeşlərin buna öyrəşdiyini söyləyib.

Kriştiano bu mövsüm “Əl-Nəssr”in heyətində bütün turnirlərdə 29 oyun keçirib, 28 qol vurub və 11 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul