• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Musayevin “Krasnodar”ı zirvəyə qayıtmaq şansını əldən verdi – TURUN ŞƏRHİ

Dünya futbolu

3-04-2024, 21:0

Tur heç-heçələrlə zəngin oldu.

"Football-plus.az" Xəbər verir ki, 8 qarşılaşmadan 5-də bərabərlik qeydə alındı. Hesabat turu “Rostov”un gözlənilmədən səfərdə “Dinamo”nu darmadağın etməsi ilə start götürdü. Halbuki Moskva klubu 1-ci turdan bəri evdə heç kimə uduzmamışdısa, rostovluların buna qədər, ümumiyyətlə, səfər qələbəsi yox idi. Valeri Karpinin komandası qış fasiləsindən sonra mükəmməl təsir bağışlayır. 2024-cü ildə “Rostov” həm ən məhsuldar, həm də xal itirməyən yeganə komandadı!

“Zenit” üçün Samara səfəri asan keçmədi. Sergey Semakın komandası qapıçı Adamovun kobud səhvindən sonra artıq 28-ci saniyədə qol buraxdı. Bu, piterlilərin XXI əsrdə premyer-liqada buraxdıqları ən erkən qol oldu. “Krılya Sovetov” isə elitada 887-ci oyunda ilk dəfə 1-ci dəqiqədə qol vurdu! Düzdü, premyer-liqada debüt qolunu vuran yeni transfer Artur hələ fasiləyə qədər hesabı bərabərləşdirdi. Amma son çempionun bundan artığına gücü çatmadı. Onu da bildirək ki, 21 oyuna 41 xal “Zenit”in Semakın dövründəki ən zəif göstəricisidi. Komanda mövsümün bu məqamında bundan daha az xalı (38) sonuncu dəfə 2017/18-də Roberto Mançininin dönəmində toplayıb. ÇSKA növbəti dəfə hesabda irəli olduğu qarşılaşmada xal itirdi. “Hərbçilər” autsayder “Soçi” ilə səfər oyununda 2 topluq üstünlüyü əldən verdi. ÇSKA bu mövsüm hesabda öndə olduğu 16 oyunun 8-də qələbəyə həsrət qalıb və bu görüşlərdə hamıdan çox – 18 xal itirib. “Baltika” 8 oyunluq qolsuz və 9 oyunluq qələbəsiz seriyaya “Nijni Novqorod”la ev matçında son qoydu. “Spartak” isə qol vurmağın yollarını unudub. Moskva nəhəngi bu dəfə evdə “Ural”ın müqavimətini qıra bilmədi. Premyer-liqada ardıcıl 3-cü görüşdə meydan qolsuz tərk edən “Spartak” öz antirekordunu təkrarladı. Sonuncu dəfə belə seriya 2014-cü ildə olmuşdu. “Ağ-qırmızılar” qış fasiləsindən bəri qol vurmayan yeganə kollektivdi! Turun mərkəzi oyununda “Krasnodar” “Lokomotiv”i səfərdə yenəcəyi təqdirdə yenidən liderliyə yüksələcəkdi. Amma bizə gözəl tanış olan Murad Musayevin bu klubdakı 2-ci dönəmi istənilən şəkildə başlamadı. “Öküzlər” fasiləyə öndə yollansalar da, son anlarda qələbəni əldən verdilər. “Loko” bu mövsüm hesabda geridə olduğu 12 qarşılaşmanın 8-də uduzmayıb və bu oyunlarda hamıdan çox – 12 xal qazanıb.

22-ci tur
Krılya Sovetov – Zenit 1:1
Şitov, 1 – Artur, 23.
Zenit: Adamov, Karavayev, Yerakoviç, Nino, Santos, Vendel, Barrios (Yeroxin, 87), Klaudinyo (Mantuan, 63), Artur (Pedro, 73), Mostovoy (Axmetov, 63), Kassyerra (Sergeyev, 73).

Lokomotiv – Krasnodar 1:1
Qluşenkov, 81 – Süleymanov, 10-öz qapısına.
Lokomotiv: Lantratov, Nenaxov (Sarveli, 67), Morozov, Fasson, Silyanov, Barinov, Mitay (Batrakov, 55), Qluşenkov, Samoşnikov, Mirançuk (Hamuliç, 75), Süleymanov (Jemaletdinov, 55).
Krasnodar: Safonov, Volkov (Ektov, 84), Tormena, Kayo, Alonso, Batçi (Sa, 84), Kadi (Banyats, 77), Çernikov, Krivtsov (Kastanyo, 17), Spertsyan, Kordoba.

Soçi – ÇSKA 2:2
Quarirapa, 50. Kramariç, 73 – Çistyakov, 15-öz qapısına. Zabolotnı, 46.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Roşa, Moyzes, Qayiç, Zdelar, Mendes (Çalov, 75), Oblyakov, Davila (Musayev, 70), Zabolotnı.

Spartak – Ural 0:0
Spartak: Maksimenko, Zobnin, Duarte (Çernov, 46), Babiç, Xluseviç, Litvinov (Umyarov, 67), Prutsev (Martins, 83), Bonqonda (Medina, 83), Zinkovski, İqnatov (Uqalde, 53), Sobolev.

Dinamo – Rostov 1:4
Bitello, 79 – Şetinin, 22. Qlebov, 32. Mohebi, 42; 56.

Rubin – Axmat 2:1
Ranceloviç, 12. Daku, 35 – Lovat, 90+3.

Baltika – Nijni Novqorod 2:0
Fameye, 40. Lisakoviç, 43.

Fakel – Orenburq 0:0

1. Zenit 21 12 5 4 40-19 41
2. Krasnodar 21 11 7 3 31-18 40
3. Dinamo 21 10 8 3 34-27 38
4. ÇSKA 21 8 9 4 36-27 33
5. Lokomotiv 21 8 9 4 33-28 33
6. Spartak 21 9 5 7 27-26 32
7. Rubin 21 9 5 7 20-24 32
8. Krılya Sovetov 21 8 6 7 37-32 30
9. Rostov 21 8 6 7 32-31 30
10. Nijni Novqorod 21 8 4 9 17-19 28
11. Fakel 21 6 8 7 18-20 26
12. Axmat 21 5 5 11 20-27 20
13. Ural 21 5 5 11 19-33 20
14. Orenburq 21 4 8 9 21-29 20
15. Baltika 21 4 5 12 14-25 17
16. Soçi 21 3 5 13 21-35 14
Bombardirlər: Kassyerra (Zenit) – 15, Kordoba (Krasnodar), Tyukavin (Dinamo) – 9, Spertsyan (Krasnodar), Çalov (ÇSKA), Qarre (Krılya Sovetov) – 8.
Növbəti turun oyunları aprelin 6-8-i aralığında keçiriləcək: Zenit – Baltika, Rostov – Soçi, ÇSKA – Fakel, Dinamo – Spartak, Axmat – Lokomotiv, Nijni Novqorod – Krasnodar, Ural – Krılya Sovetov, Orenburq – Rubin.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“İkinci hissədə yaxşı fürsətlərimiz olsa da, istifadə edə bilmədik. Bəzi məqamlarda ustalıq səviyyəsi, bəzi məqamlarda isə bəxtsizlik bizə mane oldu. “Krılya Sovetov” rəqibin səhvlərini yaxşı dəyərləndirən komandadı. Biz bu gün çoxlu sadə səhvə yol verdik. Qapıçının səhvini nəzərdə tutmuram. Bu, istənilən futbolçunun başına gələ bilər. Səhv futbolun ayrılmaz hissəsidi. Ümid edirəm ki, premyer-liqada vurduğu ilk qol Arturun özünəinamını artıracaq”.


Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“Hər iki komanda qələbəyə oynayırdı. İkinci hissədə daha inamlı təsir bağışladıq. 2-ci qolu vurub üstünlüyümüzü artırmaq əvəzinə səhvə yol verərək qələbəni əldən buraxdıq. İlk hissədəki oyunumuzdan razı qalmadım. Xətlər arasında böyük boşluqlar buraxırdıq. Çempionluq mübarizəsində yer almağımız komandanın üzərində təzyiq yaradırmı? Əlbəttə. Futbolçularıma başa salmağa çalışıram ki, rəqiblərin nəticələri bizi maraqlandırmamalıdı. Biz yalnız özümüzə köklənməliyik. Bəzən erkən qol heç də komandanın xeyrinə işləmir. Bu gün biz məhz bunu yaşadıq. Çünki qoldan sonra geri çəkilməli olduq. İviç yaxşı komanda qoyaraq ayrıldı. Amma hər məşqçinin öz tərzi var. Müdafiəni bir qədər irəlidə qurmalı və tempimizi artırmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 18:0

Malkom coşdu, “Zenit” şou göstərdi - TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

8-08-2023, 22:0

“Spartak” “Zenit”dən 5 xal aralandı

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

13-03-2024, 19:0

“Zenit” darmadağınla zirvəyə yüksəldi – TURUN ŞƏRHİ

Aktual
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Son xəbərlər
  • Dünən, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Dünən, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Dünən, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Dünən, 22:55
    Roderik Miller hardadı?
  • Dünən, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Dünən, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Dünən, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Dünən, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Dünən, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Dünən, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Dünən, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Dünən, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Dünən, 19:07
    “Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
  • Dünən, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Dünən, 18:00
    Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
  • Dünən, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Dünən, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Dünən, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Dünən, 16:31
    Millimiz rekorda imza atdı
  • Dünən, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Dünən, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Dünən, 15:10
    “Qarabağ” - ÇSKA oyununun biletləri satışda
  • Dünən, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Dünən, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Dünən, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Dünən, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Dünən, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Dünən, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Dünən, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Dünən, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Dünən, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • 17-07-2026, 23:0
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 226
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 163
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə