• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zenit” darmadağınla zirvəyə yüksəldi – TURUN ŞƏRHİ

Dünya futbolu

13-03-2024, 19:0

Tur cümə günü keçirilən iki maraqlı qarşılaşma ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, ÇSKA çətin Samara səfərində mərkəz müdafiəçisi Roşanın dublu sayəsində qalib gəldi. Braziliyalı hər iki qolu başla vurdu. “Hərbçilər”in heyətində premyer-liqada başla iki qol vuran sonuncu müdafiəçi 2011-ci ildə “Amkar”la oyunda Sergey İqnaşeviç olmuşdu. Yeri gəlmişkən, ÇSKA-nın və Rusiya futbolunun əfsanəsi Akinfeyev hesabına daha bir qaytarılan penalti yazdı! Təcrübəli qapıçı müvafiq statistikanın aparılmağa başlandığı 2009-cu ildən bəri premyer-liqada hamıdan çox – 15 penalti dəf edib. “Krasnodar” belə getsə, “Zenit”in tempinə tab gətirə bilməyəcək. Uzun müddət turnir cədvəlinə başçılıq edən bu komanda qış fasiləsindən bəri özünə bənzəmir. “Öküzlər” ötən tur evdə “Rubin”lə bacara bilməmişdisə, bu dəfə Rostovdan xalsız qayıtdı.

“Ural”ı səfərdə darmadağın edən “Zenit” “Krasnodar”ın bu hədiyyəsindən gözəl faydalanaraq 3 turluq fasilədən sonra yenidən zirvəyə yüksəldi. Maraqlıdı ki, Sankt-Peterburq nəhəngi elitada “Ural”a qarşı keçirdiyi 26 oyunun heç birində uduzmayıb (22 qələbə, 4 heç-heçə). Bu, Rusiya çempionatı üçün rekord göstəricidi. Buna qədər bir komandanın bir rəqibə ilk 26 oyunda uduzmaması faktına rast gəlinməmişdi. Sergey Semakın əsas “cokeri” Sergeyevin növbəti dəfə sonradan meydana çıxaraq qol vurması diqqəti çəkdi. O, indiyə qədər piterlilərin heyətində premyer-liqada 20 qoldan 10-nu sonradan meydana çıxaraq vurub. Bu, klubun XXI əsrdə rekord göstəricisidi. “Dinamo” inamlı mövsüm keçirməkdə davam edir. “Axmat”ı 2 cavabsız qolla məğlub edən Moskva təmsilçisinin premyer-liqada məğlubiyyətsiz seriyası 11 oyuna çatdı. Bu, “Dinamo”nun 2012/13-dən bəri ən yaxşı seriyasıdı. Moskvanın digər nəhəngləri – “Lokomotiv” və “Spartak” üçün isə tur uğursuz alındı. “Loko” evdə autsayder “Soçi” ilə bacara bilmədisə, ot örtüyündə problem yaşayan və bu turun ev oyununu “Lujniki”də keçirməli olan “Spartak” yenə “Fakel”ə 0:2 hesabıyla uduzdu. Voronejlilər ilk dövrədə də bu hesabla üstün olmuşdular. Maraqlıdı ki, “Spartak” ötən mövsüm cəmi 6 dəfə uduzmuşdusa, bu mövsüm artıq 20-ci turdan sonra 7 məğlubiyyəti var. Abaskalın istefası barədə söz-söhbət yenidən baş qaldırb.

20-ci tur
Ural – Zenit 1:4
Bikfalvi, 90+2 – Santos, 38. Mostovoy, 57. Kassyerra, 66. Sergeyev, 81.
Zenit: Adamov, Fernandes (Alip, 82), Yerakoviç, Nino, Santos, Vendel (İzidor, 85), Barrios, Klaudinyo, Artur (Pedro, 73), Mostovoy (Mantuan, 82), Kassyerra (Sergeyev, 73).
Rostov – Krasnodar 2:1
Mohebi, 25; 61 – Kordoba, 66.
Krasnodar: Safonov, Volkov, Tormena, Alonso, Olasa, Sa (Kobnan, 83), Pina (Banyats, 46), Krivtsov (Çernikov, 83), Olusequn, Batçi (Kadi, 83), Kordoba.
Spartak – Fakel 0:2
Markov, 37-p. Prutsev, 66-öz qapısına.
Spartak: Maksimenko, Zobnin (Litvinov, 69), Duarte, Babiç, Ryabçuk (Sobolev, 65), Prutsev (Cikiya, 69), Martins (Umyarov, 46), Medina (Mozes, 65), Zinkovski, İqnatov, Uqalde.
Krılya Sovetov – ÇSKA 0:2
Roşa, 3; 49.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Roşa, Moyzes, Qayiç, Zdelar, Mendes, Oblyakov (Fayzullayev, 77), Davila (Zabolotnı, 70), Çalov (Musayev, 70).
Lokomotiv – Soçi 2:2
Jemaletdinov, 2. Qluşenkov, 42 – Yusupov, 4. Marselo, 51.
Lokomotiv: Lantratov, Nenaxov (Pinyaev, 70), Nyamsi, Morozov, Samoşnikov, Karpukas, Barinov (Mirançuk, 84), Qluşenkov, Jemaletdinov (Mitay, 56), Tiknizyan, Süleymanov (Dzyuba, 56).
Dinamo – Axmat 2:0
Çaves, 39. Tyukavin, 62.
Rubin – Nijni Novqorod 0:1
Troşeçkin, 5.
Orenburq – Baltika 1:0
Marin, 80.
1. Zenit 20 12 4 4 39-18 40
2. Krasnodar 20 11 6 3 30-17 39
3. Dinamo 20 10 8 2 33-23 38
4. ÇSKA 20 8 8 4 34-25 32
5. Lokomotiv 20 8 8 4 32-27 32
6. Spartak 20 9 4 7 27-26 31
7. Rubin 20 8 5 7 18-23 29
8. Krılya Sovetov 20 8 5 7 36-31 29
9. Nijni Novqorod 20 8 4 8 17-17 28
10. Rostov 20 7 6 7 28-30 27
11. Fakel 20 6 7 7 18-20 25
12. Axmat 20 5 5 10 19-25 20
13. Ural 20 5 4 11 19-33 19
14. Orenburq 20 4 7 9 21-29 19
15. Baltika 20 3 5 12 12-25 14
16. Soçi 20 3 4 13 19-33 13
Bombardirlər: Kassyerra (Zenit) – 15, Kordoba (Krasnodar), Tyukavin (Dinamo) – 9, Spertsyan (Krasnodar), Çalov (ÇSKA), Qarre (Krılya Sovetov) – 8.
Növbəti turun oyunları martın 29-31-i aralığında keçiriləcək: Spartak – Ural, Krılya Sovetov – Zenit, Dinamo – Rostov, Lokomotiv – Krasnodar, Soçi – ÇSKA, Rubin – Axmat, Fakel – Orenburq, Baltika – Nijni Novqorod.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“İlk yarıda rəqibə bizim qapıya yaxınlaşmağa imkan vermədik. Özümüz isə fürsətlərdən yalnız birini dəyərləndirdik. Buna baxmayaraq, oyunumuzun səviyyəsi məni qane etdi. İkinci hissədə oyun açıldı. Qol vəziyyətləri daha çox yaranmağa başladı. Biz hər oyun ərəfəsində standart vəziyyətlər üzərində çalışırıq. Bəzən bu cür şəkildə qol vurmaq alınır, bəzən isə alınmır. Yeni transferlərimizdən Nino və Artur özünü yaxşı tərəfdən göstərdi. Sonradan oyuna qoşulan Pedroya isə bu cür meydanda nəsə etmək çətin oldu. Kassyerra rəqiblə toqquşmadan sonra başında ağrı hiss etdiyi üçün əvəzlənməsini istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdu”.


Gilyermo Abaskal, “Spartak”ın baş məşqçisi:

“Məğlubiyyətimizin səbəbi nədi? İki səhv, konsentrasiyanı itirməyimiz, penalti və avtoqol. Qol vura bilmədikdə qalib gəlmək mümkün olmur. Bu gün sanki rəqibin üstünə getməkdən çəkinirdik. Topun hərəkət tempi istənilən səviyyədə deyildi. Vingerlərimizdən də düzgün yararlana bilmədik. 3-4 fürsətimiz oldu. Onlardan, heç olmasa, birini qola çevirməliydik. Hesab 0:2 olandan sonra B planına, yəni Sobolevi irəli buraxmaqla 3-4-2-1-ə keçdik. Bundan sonra sanki irəlidə canlandıq. Amma heç cür qol vura bilmədik. Bu gün qərarlı deyildik. Zərbələrimiz də zəif alınırdı. Səhvləri təhlil edib irəli boylanmalıyıq. “Spartak” mənsiz daha yaxşı oynayır? Siz həyat yoldaşınızdan onun sizsiz xoşbəxt olub-olmadığını soruşa bilərsizmi?”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-05-2023, 18:0

Malkom coşdu, “Zenit” şou göstərdi - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

14-06-2023, 21:0

Akinfeyev ÇSKA-nı kubokun qalibi etdi

Dünya futbolu

8-11-2023, 15:0

“Krasnodar” zirvəni əldən vermədi

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Aktual
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
Son xəbərlər
  • Bu gün, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Bu gün, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Bu gün, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Bu gün, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Bu gün, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Bu gün, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə