• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Spartak” “Zenit”dən 5 xal aralandı

Dünya futbolu

8-08-2023, 22:0

3-cü tur maraqlı və məhsuldar oyunlara səhnə oldu.

"Football-plus.az" xəbər verir ki, cümə günü keçirilən açılış matçında “Nijni Novqorod”u məğlub edən “Krasnodar” qələbə seriyasını davam etdirdi. “Öküzlər” tarixində ilk dəfə premyer-liqaya ardıcıl 3 qələbə ilə start vermiş oldular.

Şənbə gününün ilk oyununda “Rostov” gözlənilmədən Samarada 5 qol buraxaraq pərən-pərən düşdü. “Rostov” Valeri Karpinin dönəmində ilk dəfə premyer-liqada ardıcıl 4 səfər oyununda uduzdu. Turnirdə ilk oyununa çıxan Saltıkovun dərhal dubl etməsi diqqəti çəkdi. 18 yaşlı futbolçu XXI əsrdə premyer-liqada debüt oyununda dubl edən ən gənc oyunçu oldu. “Spartak”ın da qələbə seriyası davam edir. Moskva nəhəngi bu tur Kazana səfər etmişdi. Rəşid Rəhimovun çalışdırdığı debütant “Rubin” güclü rəqibə yalnız bir hissə müqavimət göstərə bildi. “Spartak”a əzəli rəqib ÇSKA-dan gəldiyi üçün uzun müddət gündəmi zəbt edən Medinanın yeni klubunda debütü nağıllardakı kimi alındı. O meydana çıxandan cəmi 40 saniyə sonra qələbə qolunun müəllifi oldu! Paraqvaylı futbolçu XXI əsrdə premyer-liqada həm ÇSKA, həm də “Spartak”ın heyətində fərqlənən ilk oyunçudu. Onu da bildirək ki, daha yaxşı top fərqinə malik olduğu üçün zirvədə qərarlaşan “Spartak”ın sonuncu dəfə mövsümə ardıcıl 3 qələbə ilə başlamasına 2013/14-də rast gəlinmişdi. Amma komanda həmin mövsümü yalnız 6-cı pillədə tamamlamışdı. Turun mərkəzi oyununda və mövsümün ilk Moskva derbisində ÇSKA gözlənilmədən “Lokomotiv”i darmadağın etdi. Halbuki “Loko” premyer-liqada son 10 qarşılaşmada uduzmamışdı. ÇSKA həm də müstəqil Rusiya çempionatı tarixində yubiley – 500-cü qələbəsini qazandı və “Spartak”dan (513) sonra bu qələbə həddinə çatan 2-ci komanda oldu. Bu 500 qələbədən 128-i Leonid Slutskinin, 113-ü Valeri Qazzayevin başçılığı altında əldə olunub.

Turun əsas sürprizi Sankt-Peterburqda qeydə alındı. Deyəsən, son illərin dəyişməz çempionu “Zenit”in gücü elə Malkomda imiş. “Sambaçı”nın Səudiyyə Ərəbistanına yollanmasının ardından komanda özünə bənzəmir. Mövsümə uğursuz başlayan “Dinamo” yaxşı formada olan Tyukavinin dublu sayəsində fasiləyə öndə yollandı. Bütün 2-ci hissəni hücumda keçirən son çempion bəyük çətinliklə 90-cı dəqiqədə Sergeyevlə bərabərlik qolunu vurdu. Amma Moskva təmsilçisi son saniyələrdə Qrulyov ilə fərqlənərək yerli publikanı şoka saldı. 2014-dəki texniki qələbəni saymasaq, “Dinamo” premyer-liqada “Zenit”i səfərdə sonuncu dəfə 2002-ci ildə məğlub etmişdi. Eyni zamanda piterlilərin evdə Moskva klublarına qarşı 6 illik inanılmaz məğlubiyyətsiz seriyası başa çatdı. Premyer-liqada Sankt-Peterburqdan qələbə ilə dönən son paytaxt klubu 2017-nin oktyabrında “Lokomotiv” olmuşdu. Onu da bildirək ki, 3 oyuna 4 xal “Zenit”in 2013/14-dən bəri ən uğursuz startıdı.

3-cü tur
Zenit – Dinamo 2:3
Balbuena, 9-öz qapısına. Sergeyev, 90 – Tyukavin, 2; 33. Qrulyov, 90+6.
Zenit: Kerjakov, Karavayev (Bakayev, 81), Yerakoviç, Renan (Alip, 46), Santos, Barrios, Klaudinyo, Du Keyroş (Vendel, 46), Mantuan (Sergeyev, 66), Mostovoy (Fernandes, 46), Kassyerra.
Rubin – Spartak 1:4
İvu, 39 – Bonqonda, 19. Medina, 58. İqnatov, 67. Promes, 73.
Spartak: Maksimenko, Denisov, Litvinov (Duarte, 81), Cikiya, Xluseviç, Martins (Umyarov, 79), Zobnin (Medina, 58), Mozes (İqnatov, 58), Bonqonda (Prutsev, 78), Promes, Sobolev.
ÇSKA – Lokomotiv 4:1
Çalov, 29-p. Qayiç, 31. Muxin, 55; 63 – Poqostnov, 61.
ÇSKA: Akinfeyev, Qayiç, Nababkin, Moyzes, Roşa, Zaynutdinov (Ryadno, 35), Kuçayev (Zdelar, 46), Mendes, Muxin (Arbuzov, 88), Çalov (Yermakov, 79), Zabolotnı (Qayç, 88).
Lokomotiv: Lantratov, Samoşnikov (Nenaxov, 56), Poqostnov, Kuzmiçev, Mitay, Barinov, Karpukas, Pinyaev (Rıbçinski, 56), Qluşenkov (Mirançuk, 60), Tiknizyan (İzidor, 56), Dzyuba (Sarveli, 60).
Krasnodar – Nijni Novqorod 1:0
Spertsyan, 30-p.
Krılya Sovetov – Rostov 5:1
Xububov, 4. Saltıkov, 10; 35. Karpitski, 73. Yejov, 90+6-p. – Komliçenko, 22.
Soçi – Axmat 1:2
Noboa, 36-p. – İlyin, 42. Timofeyev, 45+3.
Orenburq – Ural 0:2
Yeqoriçev, 21. Kaştanov, 37-p.
Baltika – Fakel 2:1
Çerov, 8-öz qapısına. Musayev, 48 – Yakimov, 14.
1. Spartak 3 3 0 0 9-4 9
2. Krasnodar 3 3 0 0 6-1 9
3. Krılya Sovetov 3 2 1 0 10-5 7
4. Ural 3 2 1 0 4-1 7
5. ÇSKA 3 2 0 1 8-5 6
6. Dinamo 3 1 1 1 7-8 4
7. Zenit 3 1 1 1 5-4 4
8. Rostov 3 1 1 1 4-7 4
9. Lokomotiv 3 1 1 1 7-7 4
10. Axmat 3 1 0 2 5-6 3
11. Soçi 3 1 0 2 3-4 3
12. Baltika 3 1 0 2 3-5 3
13. Rubin 3 0 0 3 4-7 2
14. Orenburq 3 0 1 2 3-6 1
15. Nijni Novqorod 3 0 1 2 0-3 1
16. Fakel 3 0 0 3 3-8 0
Bombardirlər: Çalov (ÇSKA) – 4, Kassyerra (Zenit), Tiknizyan (Lokomotiv), Tyukavin (Dinamo) – 3.
Növbəti turun oyunları avqustun 11-14-ü aralığında keçiriləcək: Ural – Spartak, Lokomotiv – Krılya Sovetov, Orenburq – Krasnodar, Rostov – Rubin, Dinamo – Baltika, Zenit – Fakel, ÇSKA – Soçi, Nijni Novqorod – Axmat.

Oyundan sonra
Anatoli Timoşuk, “Zenit”in köməkçi məşqçisi: “Mövsümə bu cür zəif başlamaq, təbii ki, üzücüdü. 3 turdan sonra liderlə aramızda 5 xallıq fərq yaranıb. Bu, ciddi fərqdi. Amma mövsümün böyük hissəsi hələ qarşıdadı. Ümid edirəm ki, sıralarımızı tərk edən önəmli futbolçuların boşluğunu doldura biləcəyik. Rodriqao ilə Vendel artıq qayıdıblar. Bu, sevindirici məqamdı. Vendeli ciddi şəkildə cərimələdik. Səhvə yol verdiyini özü də anladı. Bu gün ikinci hissədə pis təsir bağışlamadı. Qarşıdakı oyunlarda 90 dəqiqə meydanda qala biləcək. Səhvlərimizdən nəticə çıxarıb toparlanmağa və turdan-tura oyunumuzu yaxşılaşdırmağa çalışacağıq”.

Gilyermo Abaskal, “Spartak”ın baş məşqçisi: “Oyuna yaxşı başlaya bilmədik. Müəyyən müddət ötəndən sonra əsil “Spartak” kimi oynamağa başladıq. Hakimin yanlış qərarından sonra buraxdığımız qol da oyunun axarına təsir göstərdi. Fasilədə oyunçularla birlikdə hər şeyi müzakirə etdik. Başverənlərə necə reaksiya verəcəyimizi bilirdik. İkinci hissədə meydana çıxanlar özlərini çox yaxşı göstərdilər. Onların sayəsində həm tempimiz artdı, həm də qollar vurduq. Əla və layiqli qələbə qazandıq. 3 tura maksimum nəticə qazanmaq, əlbəttə ki, xoşdu. Amma biz hələ heç nəyə nail olmamışıq. Üzərimizdə işləməkdə davam etməliyik. Hər oyuna bugünkü motivasiya və istəklə çıxsaq, hədəfə çata bilərik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2023, 17:0

“Loko” və Dzyuba “Zenit”lə bacara bilmədi – ŞƏRH

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 15:0

“Spartak” autsayderlə bacarmadı - TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 18:0

Malkom coşdu, “Zenit” şou göstərdi - TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 19:0

“Zenit”: ardıcıl 5-ci çempionluq! - TURUN ŞƏRHİ

Dünya futbolu

26-07-2023, 18:0

“Zenit” və “Spartak” mövsümə qələbə ilə başladı – TURUN ŞƏRHİ

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 204
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 192
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə