Ozancanın komandası uduzdu

30.03.2024 22:45 155
Dünya futbolu
Millimizin yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda 32-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda evdə “Kambur”la qarşılaşıb. Görüşdə "Eyndhoven" 0:3 hesabı ilə uduzub.

Ozan da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Kökçü 45+4-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşır.