Ozancan 90 dəqiqə oynadı

9.03.2024 11:30 159
Dünya futbolu
Niderland birinci divizionunda 29-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ozancan Kökçünün də formasını geyindiyi “Eyndhoven” səfərdə “Villem II" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Eyndhoven” hazırda 33 xalla 14-cü pillədə qərarlaşıb.