Ozancan Kökçü Niderlandda 10-cu qolunu vurdu

12.03.2024 15:00 169
Dünya futbolu
Millimizin yarımmüdafiəçisi Ozancan Kökçünün də formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda 30-cu turun oyununa çıxıb

"Football-plus.az" xəbər verir ki, komanda "Yonq Utrext"i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Kökçü 11-ci dəqiqə komandasının ilk qolunu vurub. Bu, onun divizionda bu mövsüm vurduğu 10-cu qol olub.

Qeyd edək ki, “Eyndhoven” hazırda 37 xalla 14-cü pillədə qərarlaşıb.