Ozancan Niderlandda 8-ci qolunu vurdu

24.02.2024 12:00 189
Dünya futbolu
Niderland birinci divizionunda 27-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ozancan Kökçünün də formasını geyindiyi “Eyndhoven” səfərdə “Venlo" ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Futbolçu 55-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Kökçü 89-cu dəqiqədə əvəzlənib.

Beləliklə, Ozancan bu mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb.

Qeyd edək ki, “Eyndhoven” hazırda 33 xalla 14-cü pillədə qərarlaşıb.