Ozancanlı "Eyndhoven" heç-heçə etdi

10.02.2024 11:30 237
Dünya futbolu
Niderland birinci divizionunda 25-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “NAK Breda” ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 2:2.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qeyd edək ki, “Eyndhoven” hazırda 32 xalla 13-cü pillədə qərarlaşıb.