Kökçünün komandası məğlub oldu

8.10.2022 15:40 332
Ölkə futbolu
Niderland çempionatının birinci divizionunda 10-cu turun oyunları keçirilir.

Millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün komandası "Eyndhoven" də növbəti görüşünə çıxıb. Şəhərin eyniadlı komandası "Den Haaq"a məğlub olub - 0:1. Kökçü meydana start heyətində çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, ​“Eyndhoven” turnir cədvəlində 19 xalla 4-cü pillədə qərarlaşır.