Ozancan oynadı, komandası darmadağın edildi

23.01.2024 10:31 222
Dünya futbolu
Millimizin futbolçusu Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland 1-ci divizionunda 23-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda "Roda Kerkrade"nin qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozancan start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 61-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

"Eyndhoven" 30 xalla turnir cədvəlində 12-ci pillədə, "Roda Kerkrade" isə 43 xalla 2-ci pillədə qərarlaşıb.