''Beşiktaş''ın təcrübəli futbolçusu Rəşid Gezzal ilə bağlı yeni xəbər var.
Komandada 4-cü mövsümünü keçirən, 2020/21-də qazanılan çempionluqda böyük rol oynayaq əlcəzairli vingerin müqaviləsində maddə var idi.
Belə ki, o, cari mövsümdə ən azı 20 rəsmi oyuna çıxacağı təqdirdə müqaviləsinin müddəti avtomatik olaraq bir illik yenilənməli idi. Yəni bu maddə artıq qüvvəyə minmişdi. Çünki Gezzal bu mövsüm 25 rəsmi oyuna çıxıb və 1 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Amma ''Beşiktaş'' rəhbərliyinin tələbi ilə bu maddə müqavilədən yığışdırılıb! Bu da o deməkdi ki, 31 yaşlı futbolçunun klubla müqaviləsi bu yay başa çatacaq. Qeyri-adi bir şey baş verməsə, onunla yollar ayrılacaq.
Ümumiyətlə, bu yay ''Beşiktaş''ın heyətində ciddi dəyişikliklər gözlənilir.
ƏLİ