Kriştiano Ronaldo var, Rafinya yoxdu! - FIFPRO-nun 26 nəfərlik siyahısı sual doğurdu

11.11.2026 15:29 36
Dünya futbolu
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyalarının Federasiyası (FIFPRO) 2026-cı il üçün dünyanın rəmzi yığmasına düşməyə namizədlərin 26 nəfərlik siyahısını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, nominantlar arasında “Qızıl top”un son sahibi Harri Keyn, Kilian Mbappe, Lionel Messi və Kriştiano Ronaldo da var.

Siyahıya kimlər düşüb?
FIFPRO bazar ertəsi ilkin seçimin nəticəsini açıqlayıb. Səsvermədə 73 ölkədən olan 19806 peşəkar futbolçu iştirak edib. Qalibi idman jurnalistlərinin müəyyənləşdirdiyi “Qızıl top”dan fərqli “FIFPRO World 11” müsabiqəsində istisnasız fəaliyyətdə olan futbolçular iştirak edirlər. Bu üzdən aşağıda təqdim edəcəyimiz 26-lıq “France Football” nəşrinin sorğusunda ilk “30-luğ”a düşənlərdən ciddi şəkildə fərqlənir. İlin rəmzi komandasına düşməyə namizəd olan futbolçuların siyahısı: qapıçılar – Tubo Kurtua (Real, Belçika), Emiliano Martines (Aston Villa/Çelsi, Argentina), David Rayya (Arsenal, İspaniya); müdafiəçilər – Pau Kubarsi (Barselona, İspaniya), Mark Kukurelya (Çelsi/Real, İspaniya), Vircil van Diyk (Liverpul, Niderland), Qabriel Maqalyayns (Arsenal, Braziliya), Əşrəf Hakimi (PSJ, Mərakeş), Nunu Mendeş (PSJ, Portuqaliya), Vilyam Saliba (Arsenal, Fransa), Dayo Upamekano (Bavariya, Fransa); yarımmüdafiəçilər – Cud Bellingem (Real, İngiltərə), Bruno Fernandeş (Mançester Yunayted, Portuqaliya), Entso Fernandes (Çelsi/Mançester Siti, Argentina), Pedri (Barselona, İspaniya), Deklan Rays (Arsenal, İngiltərə), Rodri (Mançester Siti/Barselona, İspaniya), Vitinya (PSJ, Portuqaliya); hücumçular – Erlinq Holann (Mançester Siti, Norveç), Harri Keyn (Bavariya, İngiltərə), Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan), Kilian Mbappe (Real, Fransa), Lionel Messi (İnter Mayami, Argentina), Maykl Olise (Bavariya, Fransa), Kriştiano Ronaldo (Əl-Nəssr, Portuqaliya), Lamin Yamal (Barselona, İspaniya).

Siyahıda varlığı ən çox maraq doğuran futbolçulardan biri Ronaldodu. 41 yaşlı portuqaliyalı “Qızıl top”la bağlı son müsabiqədə heç 30 namizəd arasına düşməmişdi. Ancaq həmkarları onun “Əl-Nəssr”dəki çıxışını yüksək qiymətləndirib.

Siyahıda olacağını gözlədiyimiz, ancaq gözə dəyməyən futbolçuların önündə isə Usman Dembele qərarlaşıb (“Qızıl top” müsabiqəsində 7-ci yer). PSJ-dən Fabian Ruis (10-cu yer) və Rafinya (“Qızıl top”a iddialılar sırasında yox idi) da 26 futbolçu arasına düşməyib.

Qapıçılarla bağlı vəziyyət necədi?
Qapıçılarla bağlı vəziyyət də maraqlıdı. Cəmi bir həftə əvvəl Unay Simon “France Football”un versiyasına görə dünyanın ən yaxşı qapıçısı sayıldı. Son dünya çempionatının qalibi 351 toplamışdı. Düzdü, bu qərarı heç də hamı anlamadı: axı 29 yaşlı qapıçı mundialda parlaq oyun göstərməmişdi, “Atletik”də, ümumiyyətlə, solğun mövsüm keçirmişdi. Hər şeydən belə görünür ki, həmkarları da məhz bu mülahizəni əsas götürürək “Real”dan Kurtuanın, çempion “Arsenal”dan Rayyanın və ÇL-də finala qədər irəliləyən argentinalı Martinesin üzərində dayanıblar.

Nominantlar arasında Matvey Safonov da yoxdu. PSJ-nin rusiyalı qolkiperi “France Football”un müsabiqəsində 4-cü yeri tutsa da, FIFPRO onu 26 futbolçu arasına salmayıb. Düzdü, burda məsələ fərqlidi – reqlamentə əsasən, namizəd hesabat dövründə ən azı 30 oyun keçirməlidi. Matvey bütün turnirlər çərçivəsində 27 oyun keçirib, odu ki, sadəcə, normativi yerinə yetirməyib.

Xatırladaq ki, yekunda rəmzi komandaya öz mövqeyində ən çox səs toplayan bir qapıçısı, üç müdafiəçi, üç yarımmüdafiəçi və üç hücumçu düşəcək. Sonuncu – 11-ci yer qalan namizədlər arasında ən yüksək nəticə göstərən sahə oyunçusuna verilir.

Artıq rəmzi yığmanın heyəti açıqlanıb: qapıçı - David Rayya; müdafiəçilər - Pau Kubarsi, Əşrəf Hakimi, Nunu Mendeş; yarımmüdafiəçilər - Cud Bellingem, Rodri, Vitinya; hücumçular - Erlinq Holann, Kilian Mbappe, Lionel Messi, Lamin Yamal.