U-17 və U-19 milli komandalarımız Avropa çempionatının seçmə mərhələsində ilk oyunlarına çıxıblar.
"Football-plus.az" xəbər verir ki, hər iki yığma böyükhesablı məğlubiyyətlə üzləşib.
U-17 seçmə mərhələnin 1-ci raundunda Almaniya ilə qarşılaşıb. Emin Mustafayevin baş məşqçi olduğu komanda səfərdə 0:7 hesabı ilə uduzub.
Elgiz Kərəmlinin çalışdırdığı U-19 millisi isə seçmə mərhələnin 2-ci raundunun ilk oyununda Monteneqronun qonağı olub. Oyun rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızda qolları Əli Əliyev (31) və Məhəmməd Çodarov (79) vurub.
U-17 növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcək. U-19 isə həmin gün Serbiya ilə qarşılaşacaq.
U-17-də 7 qolla uduzdu, U-19-da... - Avropa çempionatı
Ölkə futbolu





