''Beşiktaş''ın tanınmış futbolçusu Rəşid Gezzalın ailəsi qəzaya uğrayıb.
İstanbul nəhəngindən verilən açıqlamada qeyd olunub ki, əlcəzairli yarımmüdafiəçinin qayınanası və oğlunun olduğu maşın Fransada qəzaya düşüb. Ancaq onların həyatları təhlükədə deyil.
Neçə müddətdi zədəsini sagaltmaqla məşğul olan Gezzal hadisədən xəbər tutan kimi rəhbərliyin icazəsi ilə Fransaya yollanıb. ''Beşiktaş''dan başqa ''Fənərbaxça'' da Gezzal üçün ''keçmiş olsun'' mesajı yayınlayıb.