"Football-plus.az" xəbər verir ki, təcrübəli müdafiəçi ''Real''ın ən yaxşı futbolçusu kimdi'' sualına belə cavab verib:
''Əslində dərhal hamının düşündüyü oyunçulardan birinin adını çəkə bilərəm. Mbappe, Bellingem, Kurtua kimi isimləri nəzərdə tuturam. Onların hamısı əla oyunçulardı. Amma mən ən çox bəyəndiyim və fikrimcə, layiq olduğu dəyəri görməyən bir futbolçunun adını çəkmək istəyirəm. Bu, Arda Gülərdi. O, meydanda olanda hamımız, bütün komanda daha yaxşı oynayır. Bəlkə də kənardan hələ uşaq kimi görsənir. Amma olduqca yüksək səviyyəli futbol sərgiləyir. Dediyim kimi onun sayəsində biz də yaxşı oynayırıq. Futbolçular arasında anlaşma səviyyəsi artır. Ola bilər ki, Arda ''Real''ın ən populyar oyunçusu deyil. Ancaq bura gəldiyim gündən mənə yaxşı mənada ən çox təsir göstərən futbolçu məhz Ardadı''.
Joze Mourinyonun başçılığı altında kifayət qədər inamlı təsir bağışlayan 21 yaşlı ulduz son olaraq ''Valensiya'' ilə səfər matçına (3:0) 1 qol, 1 məhsuldar ötürməlik performansla damğa vurdu. Bu mövsüm 14 rəsmi oyunda onun aktivində 4 qol, 6 məhsuldar ötürmə var.





