Güləşçilərimiz 8 medal qazandı

11.11.2026 14:27 0
İdman
Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi turnir keçirilib.

"Football-plus.az" xəbər verir ki, memorialda U17 millinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 güləşçimiz fəxri kürsüyə qalxıb.

Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Həsənov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıb.