Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bilindi

11.11.2026 13:37 0
Ölkə futbolu
Millətlər Liqasının D Liqasında keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, matçı Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Kristo Tohver olacaq. Ona yan xətdə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək. VAR hakimi Marko Liva, VAR hakiminin köməkçisi isə Yuri Frişer olacaq.

Noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23.45-də start götürəcək.