Morqanın sözlərinə görə, Ronaldo keçmiş məşqçisinin fikirlərinə əhəmiyyət vermədiyini bildirib:
“Mən Kriştianodan bu barədə soruşdum. O isə Ten Haqın haqqında danışmağa dəyməyən biri olduğunu söylədi”.
Qeyd edək ki, niderlandlı mütəxəssis bir müddət əvvəl Ronaldonun MY-dəki ikinci dövrünü tənqid edib. O, portuqaliyalının artıq əvvəlki səviyyədə çıxış edə bilmədiyini söyləyib:
“Şübhəsiz, Kriştiano dünyanın ən yaxşı futbolçularından biridi. Amma reallıq budur ki, o, son 7-8 əkkiz ildə gözlənilən səviyyədə çıxış edə bilməyib. “Yuventus”dan sonra hər şey bitdi”.
Morqan isə Ronaldunu müdafiə edərək onun “Mançester Yunayted”dəki son tam mövsümündə premyer-liqada 18, Çempionlar Liqasında 6 qol vurduğunu xatırladıb. Jurnalist hesab edir ki, portuqaliyalı hücumçu komandada daha iki-üç il qalaraq çoxlu qol vura bilərdi. Onun fikrincə, Ten Haq futbolçuya hörmətsiz münasibət göstərib.
Xatırladaq ki, Ronaldo ilə Ten Haq arasındakı münasibətlər 2022-ci ildə ciddi şəkildə gərginləşib. Portuqaliyalı futbolçu həmin ilin noyabrında Morqana verdiyi müsahibədə baş məşqçiyə hörmət etmədiyini, klub tərəfindən xəyanətə uğradığını bildirib. Bundan sonra MY onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.




