Çox pis mövsüm keçirən və heyəti gücləndirmək istəyən ''Beşiktaş''la bağlı diqqətçəkən transfer xəbəri yayılıb.
"Football-plus.az" xəbər verir ki, belə ki, İstanbul nəhənginin ''Trabzonspor''un liderlərindən biri ilə anlaşdığı iddia edilib. Söhbət Anastasios Bakasetasdan gedir. Yunanıstanın ''Sport24'' nəşrinin iddiasına görə ''Beşiktaş'' həm ''Trabzonspor'' rəhbərliyi, həm də futbolçunun özü ilə anlaşıb. Xəbərdə ''Qartal''ın bu transfer üçün 1,5 milyon avro ödəyəcəyi və Bakasetasla 2,5 illik müqavilə imzalanacağı qeyd olunub. Yunanıstan yığmasının kapitanı olan Bakasetas ''Trabzonspor''da son mövsümünü keçirir. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Təcrübəli yarımmüdafiəçi bu mövsüm 17 rəsmi oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Bir müddət öncə Fatih Terimin onu ''Panatinaikos''a gətirmək istəməsi barədə də xəbərlər yayılmışdı.
ƏLİ