• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Teylor vaxtilə “Bayer-04”ü azlıqda qoyub!

Manşet / Avropa Liqası

14-03-2024, 15:0

Bu gün Leverkuzendə “Bayer-04” ilə “Qarabağ” arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları bəllidi.

Belə ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi FİFA referisi Entoni Teylor olacaq. Matçın taleyinin, sadəcə, komandaların performansından deyil, həm də ədalət təmsilçisinin peşəkarlığından asılı olduğunu bilirik. Üstəlik meydana çıxan komandalar arasında ciddi səviyyəsi fərqi varsa və hakimin mümkün simpatiyası qüvvələr nisbətini bir qədər də poza bilərsə... "Football-plus.az"ın ənənəvi hakim təqdimatı hazırdı. İngiltərəli referi ilə yaxından tanış olaq.

Entoni Teylor... Hakim karyerasına 2002-ci ildə ölkəsinin həvəskar liqalarında başlayıb. 2010-cu ildə İngiltərənin seçilmiş hakimlər qrupuna salınıb. Elə premyer-liqadakı ilk matçı da bu dönəmə təsadüf edib. Sözügedən çempionatda indiyə qədər 364 oyun idarə edən Teylor 1312 sarı, 51 qırmızı vərəqə göstərib. Beynəlxalq sınaqlara gəlincə, 45 yaşlı ingiltərəli hakim 2013-cü ildən bu tipli qarşılaşmalarda iş başında olur. Karyerası ərzində dünya çempionatı, Çempionlar, Avropa və Konfrans Liqasının oyunlarında ədaləti təmsil edib. Həmçinin Millətlər Liqasının A və B liqalarında, beynəlxalq yoldaşlıq oyunlarında, 19 və 21 yaşadək futbolçular arasında Avropa çempionatının görüşlərində meydanda olub. Təcrübəli referi cari mövsümdə İngiltərə premyer-liqasının 20, Çempionlar Liqasının 3 görüşünü idarə edib.

Maraqlıdı ki, Teylor ilk dəfə Azərbaycan təmsilçisinin matçında iş başında olacaq. O, əsas millimizin 2013-cü ildə Portuqaliyaya 0:2 hesabıyla uduzduğu DÇ-2014-ün seçmə oyununda Bakıya gəlib. Referi həmin vaxt dördüncü hakim funksiyasını yerinə yetirib. “Fit sahibi” 2023/24 “futbol ili”ndə Avropa Liqasında “Qalatasaray”ın Çexiyada “Sparta”ya uduzduğu (1:4) pley-off mərhələsinin cavab görüşünü idarə edib. Antoni bu matçda 2 qırmızı, 7 sarı vərəqəyə ehtiyac duyub.

Bundan başqa, Teylor ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Portu” - “Bayer-04” oyununu idarə edib – 0:2. Hətta leverkuzenlilerin oyunçusu Ceremi Frimponq bu matçın 88-ci dəqiqəsində “qırmızı” alıbsa, qapıda hazırda “Qarabağ”ın formasını geyən Andrey Lunyov dayanıb. Entoni Avropa Liqasının 2021/22 mövsümünün “Bayer-04” – “Betis” (4:0) oyununda da meydanda olub.
Ümumiyyətlə, ədalət təmsilçisi karyerası ərzində 722 oyun idarə edib. O, bu matçlarda 2580 sarı, 131 qırmızı vərəqə üçün əlini cibinə atıb. Ümid edək ki, “Qarabağ”la ilk görüşü bizim üçün uğurlu olacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Avropa Liqası

12-03-2024, 13:0

"Qarabağ"ın "Bayer-04"lə matçı ingiltərəli hakimə tapşırıldı

Avropa Liqası

7-11-2023, 10:0

“Qarabağ” – “Bayer-04” oyununu ingiltərəli hakimlər idarə edəcək

Avropa Liqası

26-10-2023, 12:0

Horatsiu bizə ancaq bədbəxtlik gətirir

Aktual / Çempionlar Liqası

20-07-2023, 15:0

"Rakuv" - "Qarabağ" oyununun baş hakimi “göz verir, işıq vermir”

Aktual / Avropa Liqası

5-10-2023, 13:0

Avstriyalı hakimlə heç vaxt yolumuz kəsişməyib

Manşet / Avropa Liqası

24-08-2023, 13:0

Kabakov evdə tənqid olunur, UEFA-dan etimad görür

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə