“Qarabağ” – “Bayer-04” oyununu ingiltərəli hakimlər idarə edəcək

7.11.2023 10:00 209
Avropa Liqası
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer-04" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyununun təyinatları bəlli olub.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Kreyq Pousona Saymon Bennett və Lee Bets kömək göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da avstriyalı Carred Cillett, VAR hakiminin köməkçisi isə Mixael Salisburi olacaq.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 21.45-də başlayacaq.