"Qarabağ"ın "Bayer-04"lə matçı ingiltərəli hakimə tapşırıldı

12.03.2024 13:30 192
Ölkə futbolu / Avropa Liqası
Almaniyada "Bayer-04" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Entoni Teylora Qari Besuik və Adam Nann kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR-da Stüart Attuell, AVAR-da Carred Qavan Cillett (Avstriya) əyləşəcək.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.