Deyəsən Kriştiano Ronaldonun şərəfini qoruduğu Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Nəsr'' mövsümün həlledici məqamında ciddi böhrana düşüb.
Bu komanda dünən daxili çempionatın 23-cü turunda öz meydanında iddiasız ''Əl-Raed''ə 1:3 hesabı ilə boyun əyib. Bununla da Ər-Riyad təmsilçisi ardıcıl 3-cü rəsmi oyunda qələbəyə həsrət qaldı. 90 dəqiqə meydanda qalmasına rəğmən fərqlənə bilməyən Ronaldo isə ardıcıl 2-ci görüşdə meydanı qolsuz tərk etdi.
Buna qədər ''Əl-Nəsr'' cəzalı Ronaldonun iştirak etmədiyi oyunda 22-ci turda ''Əl-Həzm'' ilə evdə 4:4 bərabərə qalmışdısa, Asiya Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə ''Əl-Əyn''ə minimal hesabla boyun əymişdi. Belə görünür, Ronaldo bu il də Səudiyyə Ərəbistanında çempionluq həsrətinə son qoya bilməyəcək. Çünki lider ''Əl-Hilal'' bu gün ''Əl-Riyad''ı məğlub edəcəyi təqdirdə sona 11 tur qalmış xal fərqi 12-yə yüksələcək.
ƏLİ