Ronaldo pokerə imza atdı

9.02.2023 23:30 272
Dünya futbolu
“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında daha bir uğura imza atıb.

Football-plus.az xəbər verir ki, o, ölkə çempionatının “Əl Vahda” ilə oyununda 4 qol vurub. Portuqaliyalı görüşün 21, 40, 51 və 61-ci dəqiqələrində fərqlənib. Bu, Ronaldonun “Əl Nəsr”in heyətində ilk pokeridi.