Dünən Asiya Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəsr'' BƏƏ təmsilçisi ''Əl-Əyn''in qonağı oldu.
Görüş həm portuqaliyalı superulduz, həm də onun komandası üçün uğursuz alındı. ''Əl-Nəsr'' rəqibinə minimal hesabla məğlub oldu. Ronaldonun özünün isə rəsmi matçlarda 9 oyunluq qol vurmaq seriyası qırıldı. 39 yaşlı futbolçu dekabrın 8-dən bu yana 6-sı Səudiyyə Ərəbistanı çempionatı, 1-i Səudiyyə Ərəbistanı Kral Kuboku və 2-si Asiya ÇL-də olmaqla ardıcıl 9 qarşılaşmada fərqlənmiş və bu oyunlarda ümumilikdə 10 qol vurmuşdu. Yeri gəlmişkən, oyunun gedişində ''Əl-Əyn'' fanatlarının dəfələrlə Messinin lehinə təzahürat səsləndirərək Ronaldonu özündən çıxarmağa çalışması diqqət çəkdi. Amma bu dəfə məşhur futbolçu təxribata uymadı. Qeyd edək ki, Ronaldo fevralın 25-də ''Əl-Şabab''la səfər oyununda Messinin lehinə təzahürat səsləndirən rəqib fanatlara qarşı qeyri-etik hərəkətə yol vermiş və buna görə də bir oyunluq cəza almışdı.
ƏLİ