Ronaldonun komandası mövsümə bərbad başlayıb

19.08.2023 20:26 256
Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatında 2-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, heyətində Kriştiano Ronaldo, Sadio Mane, Anderson Talişka, Marselo Brozoviç kimi dünya ulduzları olan ''Əl-Nəssr'' fanatlarını üzməkdə davam edir.

Bilindiyi kimi Ər-Riyad təmsilçisi bu yaxınlarda Kriştianonun əla performansı sayəsində ərəb ölkələrinin çempionlar kubokunun qalibi olmuşdu. Bu, Ronaldonun Səudiyyə Ərəbistanında qazandığı ilk titul kimi tarixə düşmüşdü. Amma ''Əl-Nəssr'' daxili çempionata bərbad start verib.

İlk turda Ronaldonun iştirak etmədiyi oyunda komanda səfərdə ''Əl-İttifaq''a boyun əymişdi (1:2). Dünən isə bütün ulduzlar heyətdə olsa da, ''Əl-Nəssr'' bu dəfə evdə ''Əl-Taavun''la bacara bilmədi (0:2). Yəni komandanın hesabında hələ də xal yoxdu.

Hazırda turnir cədvəlində 5 xalsız komanda var ki, onlardan biri məhz ''Əl-Nəssr''di. Komanda növbəti oyununu avqustun 25-də səfərdə ''Əl-Fateh''ə qarşı keçirəcək.