Elvin Yunuszadə “İrəvan”la anlaşdı

16.10.2023 16:08 325
Aktual / Ölkə futbolu
Elvin Yunuszadənin "Araz-Naxçıvan"da məşq etdiyini xəbər vermişdik. Futbolçunun Naxçıvan təmsilçisi ilə müqavilə bağlayacağı gözlənilsə də, bu baş tutmadı.

Bəs yığmamızın sabiq üzvü karyerasını harda davam etdirəcək? Bunu aydınlaşdırmaq üçün Elvinin özü ilə danışdıq: "Araz-Naxçıvan"da bir müddət məşq etdim. Amma Muxtar Respublika təmsilçisinə keçidim çox ləngidi. Belədə "İrəvan"dan təklif gəldi və müsbət cavabladım. Artıq tibbi baxışdan da keçmişəm. Bu klubla yaya kimi müqavilə bağladım.

"İrəvan"da futbol oynamaq və daha da inkişaf etmək üçün yaxşı kollektiv formalaşıb. Burda yaxından tanıdığım təcrübəli futbolçular var. Hazırda komanda turnir cədvəlində liderdi. Bu uğurları davam etdirərək niyə də elitaya vəsiqə qazanmayaq?! Odu ki, hazırda bütün diqqətimi, gücümü "İrəvan"ın uğurları üçün cəmləmişəm".


ABDULLA İSMAYILOĞLU